Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • TEHRAN “ZƏNGƏZUR DƏHLİZİ”NƏ QARŞI - Əhmədiyan Qriqoryana zəng etdi
  • Ermənistan və İran rəsmiləri “Zəngəzur dəhlizi”ni müzakirə etdi
  • İrəvan rəsmisi KTMT sədri ilə sərhəddəki vəziyyəti müzakirə edib- Detallar
  • Ermənistan Təhlükəsizlik Şurasının katibi “satqın” elan edildi
  • İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Bakıdadır
  • Tehrandan İrəvana qəfil zəng - Zəngəzur “sancısı”-Təhlil

    • Tarix: 19-07-2025, 12:45



    Aİ-nin Ermənistanda, ABŞ şirkətinin Zəngəzur dəhlizində mövcudluğuna “göz yuman” İranın radikal qüvvələrinin qərəzli mövqeyi səngimək bilmir; ermənişünas alim: “İranın koridorun açılmasına mane olacaq gücü yoxdur”

    Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla telefon danışığı aparıb. Məlumata görə, əsas müzakirə mövzularından biri regional kommunikasiyaların açılması məsələsi olub.

    A.Qriqoryan bir daha vurğulayıb ki, Ermənistan bu məsələdə ərazi bütövlüyü, suverenlik və milli yurisdiksiya prinsiplərinə əsaslanır. Bu, birbaşa olaraq Azərbaycanın Zəngəzur dəhlizi ideyasına qarşı mövqe kimi qiymətləndirilir. Əhmədian da İranın bu məsələdəki mövqeyinin dəyişməz olduğunu bəyan edərək Ermənistanın yanaşmasını dəstəklədiyini bildirib. Tehran dəfələrlə bəyan edib ki, regionda eksterritorial (yəni suveren dövlətin nəzarətindən kənar) dəhlizlərə qarşıdır.

    Eyni gündə İranın Ermənistandakı səfiri Mehdi Sobhani növbəti dəfə destruktiv mövqe sərgiləyib. “Ermənistan hakimiyyəti İran tərəfini əmin edib ki, digər ölkələrlə, o cümlədən Avropa ölkələri ilə əməkdaşlığın inkişafı İrəvan və Tehran arasında münasibətlərə zərər vermir”. Erməni mediası bildirir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib. Onun sözlərinə görə, Tehran erməni dostlarına güvənir. Mehdi Sobhani Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib ki, Ermənistan hökuməti İranla əməkdaşlığa kifayət qədər həssas yanaşır. Diplomat qeyd edib ki, Tehran həmçinin regionda sülhün və sabitliyin möhkəmləndirilməsində, İrəvanla qonşuları arasında dinc yanaşı yaşamada maraqlıdır.

    İyulun 18-də isə Vaşinqtonda ABŞ Dövlət Departamentinin ənənəvi media brifinqi keçirilib. Brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus (Tammy Bruce) yerli və xarici jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. Musavat.com xəbər verir ki, tədbirdə iştirak edən jurnalist və hüquq müdafiəçisi Əhməd Şahidov Cənubi Qafqazda son günlərin ən çox müzakirə olunan geosiyasi məsələlərindən biri olan Zəngəzur koridorunun açılması ilə bağlı ABŞ hökumətinin rəsmi mövqeyini gündəmə gətirib. Əhməd Şahidov sualında qeyd edib ki, ötən həftə ABŞ-ın Türkiyədəki səfiri Tomas Barrak (Thomas Barrack) media qarşısında çıxışında Zəngəzur Koridorunun idarəçiliyinin 100 illik müddətə bir Amerika şirkətinə verilməsinin mümkün olduğunu bildirib. Bu bəyanat Cənubi Qafqazda geniş rezonans doğurub və bir sıra siyasi dairələrdə, o cümlədən Rusiya və İranda ciddi narahatlığa səbəb olub. Moskva və Tehran bu koridora nəzarəti öz əllərində saxlamaq istədiklərini açıq şəkildə bəyan ediblər.

    Bu kontekstdə, Əhməd Şahidovun sualı Birləşmiş Ştatların rəsmi qurumlarının Zəngəzur Koridoruna və ümumiyyətlə, bölgədə kommunikasiya yollarının açılması ilə bağlı strateji yanaşmasını öyrənmək məqsədi daşıyıb.

    Suala cavab verən Dövlət Departamentinin mətbuat katibi Tammy Bruce bildirib ki, bu məsələ birbaşa Ağ Evin səlahiyyətinə daxildir və yekun qərar prezident səviyyəsində verilir. Bununla belə, o, ABŞ hökumətinin Cənubi Qafqazda sülh təşəbbüslərini, Azərbaycan və Ermənistan arasında dayanıqlı və davamlı sülhün əldə olunması prosesini dəstəklədiyini bildirib.

    Mətbuat katibi əlavə edib ki, prezident Donald Tramp və dövlət katibi Marko Rubio daha əvvəl bu mövzu ilə bağlı açıq bəyanatlar verərək regional kommunikasiya və infrastruktur layihələrinin sülhə töhfə verəcəyini vurğulayıblar. ABŞ tərəfi hesab edir ki, nəqliyyat və iqtisadi əlaqələrin açılması Cənubi Qafqazda etimad mühitini möhkəmləndirə, iqtisadi əməkdaşlığı artıraraq uzunmüddətli sabitliyə zəmin yarada bilər.

    Tammy Bruce həmçinin vurğulayıb ki, Zəngəzur Koridoruna dair ABŞ hökumətinin konkret və rəsmi mövqeyi yaxın günlərdə yazılı şəkildə təqdim olunacaq.

    Qeyd edək ki, baş nazir Paşinyan dəhlizə nəzarətin xarici şirkətə verilməsini istisna etməyib. Hesab edilir ki, bu şirkətin ABŞ-a aid olması mümkündür. İstisna deyil ki, Əbu-Dabi danışıqlarında da əsas mövzulardan biri dəhliz olub. İran isə bu yöndə fəallığı gördüyü üçün yenidən danışmağa başlayıb və İrəvandakı səfir sinəsini qabağa verib. Məlumdur ki, Tehran dəhlizin əleyhinədir. İranın bu məsələdə hələ də israr etməsi Ermənistanın bir qədər yumşalan mövqeyinə necə təsir edə bilər?

    63 yaşlı Qafar Çaxmaqlı:

    Qafar Çaxmaqlı

    Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı İranın siyasəti ilə bağlı Ermənistanda mövcud olan yanaşmaları xatırlatdı: “Zəngəzur dəhlizinin açılmasının indiyədək gecikdirilməsinin səbəbkarının məhz İran olmasının artıq Ermənistanın özündə belə fərqinə varırlar. Suren Surenyants adlı politoloqa görə, İran avropalı müşahidəçilərin bölgəyə gəlməsinə qarşı çıxırdı. Sonra gördü ki, bu missiya İranın dövlət maraqlarına zidd deyil, indi kommunikasiya xətlərinin açılmasına və bu işə Amerika şirkətinin nəzarət etməsinə də eyni yumşaq mövqe ilə yanaşmağa məcbur olacaq. Başqa bir siyasət adamı Artur Xaçikyan da deyir ki, kommunikasiyaların açılmasına İranın etirazı həm də o deməkdir ki, qonşu ölkə Ermənistanı sevmir və onun dünyaya açılmasını istəmir. Bu yanaşmanın bölgədə sülh və sabitliyin təhlükəyə düşməsi ilə əlaqəsi yoxdur. Əksinə, Ermənistan müəyyən müzakirələrin nəticəsində ağıllı qərar verərsə, o zaman təhlükələri dəf etmiş olar”. Q.Çaxmaqlı qeyd etdi ki, Mehdi Sobhani bir Türk düşmənidir: “İndiyədək verdiyi bəyanatların hamısının Türkiyə və Azərbaycan əleyhinə olduğunu görmüşük. Amma bunların heç bir faydası olmayıb. Rəsmi İran yeri gəldi gəlmədi "qırmızı xətt"dən danışaraq əslində Ermənistanı basqı altında saxlayıb. Ermənistan tarixi fürsəti dəyərləndirib Azərbaycanla sülh prosesinə yardım edəcək qərar versə, İran nə edəcək? Ermənistanı işğalmı edəcək, onun hansı vasitələri var ki, qonşu ölkəni verəcəyi qərardan vaz keçirə bilsin. İran boşuna belə bəyanatlar verir". Ekspertin sözlərinə görə, artıq İranın Zəngəzur dəhlizinin açımasına mane olacaq gücü yoxdur: “Ehtimal ki, iki ölkə təhlükəsizlik şuralarının katibləri - Armen Qriqoryanla Əhmədian bir birini anlayıblar. Əhmədian deyə bilər ki, İranın mövqeyi dəyişməyib. Amma Ermənistanın mövqeyinin dəyişəcəyini bilməlidirlər. Çünki bu ölkənin başqa çarəsi və dirəniş göstərəcək gücü yoxdur. Bu dəhliz açılacaq”.

    Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

    Məhəmməd Əsədullazadə

    Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, İran daim Zəngəzur dəhlizinin açılmasına qarşı olub: “Xüsusilə Ermənistan da bu dəhlizə qarşı idi. Bir növ İran bundan "cəsarətlənib" İrəvana dəstək verirdi. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin sənədinin təsdiq olunması, Əbu-Dabidə aparılan danışıqlarda müsbət prosesin başlaması artıq İrəvanın mövqeyində dəyişiklik etdi. Həmçinin Nikol Paşinyanın Ankara səfərindən sonra Zəngəzur dəhlizinin açılması aktuallaşdı. Bununla da Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasına razılıq verib. Bu dəhlizin ABŞ şirkətinin nəzarətinə verilməsi və digər texniki məsələlər müzakirə edilir. Əsas məqam ondan ibarətdir ki, Tehran rejimi bu dəhlizə qarşı çıxdığı halda, Ermənistanın razılığından sonra İran geri addım atdı. Hətta Paşinyan İranın düşməninin nəzarətində olması halında dəhlizin təhlükəsizliyi məsələsində razılaşmaya üstünlük verir. Lakin İran yenə də susur". M.Əsədullazadənin fikrincə, ABŞ Zəngəzur dəhlizinə nəzarət edəcəksə, İran bu dəhlizdən istifadə edə bilməyəcək: “Göründüyü kimi, Paşinyan İranın ənənəvi düşmənini İranla tam sərhədə gətirir. Halbuki Azərbaycan Ermənistandan Kalininqrad dəhlizinə uyğun olaraq sərbəst gediş-gəlişi təklif kimi irəli sürürdü. İran buna da qarşı idi. Ermənistan guya rəsmi Tehranı arxayın salıb ki, İranın təhlükəsizliyi üçün problemlər yoxdur. Halbuki İrana qarşı aparılan hərbi əməliyyatlarda Ermənistanda ABŞ kəşfiyyatı fəal rol oynadı. İran düşmənin onun sərhədinə gəlməsinə göz yumur. Amma Azərbaycana qarşı molla rejimi hələ də öz kəskin ritorikasından imtina etmir. Tehran Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək vermir. Elə bunun ilkin əlaməti onun Zəngəzur dəhlizinə qarşı olmasıdır. Halbuki İran deyirdi region məsələlərini region ölkələri həll etsin, xarici ölkələr qarışmasın. İran məhz prosesi sabotaj etdiyi üçün ABŞ-ın Zəngəzur dəhlizinə gəlib nəzarət etməsini istəyir. İran istəyirdi ki, regional şərtlər dəyişməsin, status-kvo qalsın. Dünyada və regionda gedən geosiyasi prosesləri düzgün qiymətləndirə bilməyən İran kənarda qalır”. Ekspert əmindir ki, Zəngəzur dəhlizi acilacaq və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanacaq: “İran dəstək vermədiyi üçün proseslərdən də kənarda qalacaq. Beləliklə, Araz dəhlizi də boş qalacaq”.


    Oxunub: 48
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.