Ara Abramyan: Qərb Ermənistanın təhlükəsizliyini təmin edə bilməyəcək
Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan bildirib ki, Qərb Ermənistanın təhlükəsizliyini təmin edə və ya heç bir təminat verə bilməyəcək.
O bu fikirləri "RİA Novosti"yə müsahibəsində deyib.
"Mən düşünmürəm ki, amerikalılar və ya avropalılar Ermənistanın təhlükəsizliyini təmin edə bilər. Belə bir şey varsa, qoy belə desinlər. Sənədə qol çəksinlər. "Ermənistanı təslim edin” deməyəcəklər, amma imza atsınlar ki, bütün Avropa İttifaqı zəmanət verir",- Abramyan deyib.
Onun sözlərinə görə, indiyə qədər Qərb İrəvanı Rusiya hərbi bazasını bağlamağa çağırmaqla kifayətlənib:
"Deyirlər zəmanət veririk, onları aydın şəkildə imzalayıb, açıq şəkildə söyləyin və yol xəritəsini göstərin. Yalnız Aİ-nin müşahidə missiyasını göndərməklə işlərini bitmiş hesab edirlər. Eləcə də Rusiya bazasını əvvəlcə çıxarın, sonra nə zəmanət verəcəyimizi düşünirik deyirlərəcəyik".
Abramyanın sözlərinə görə, reallıqda Qərb elitası yalnız antirusiya siyasəti və müxtəlif ölkələrin liderlərinin bəyanatları ilə maraqlanır, bunun müqabilində isə heç nə verə bilməz.
Onun fikrincə nə Ukrayna, nə Moldova, nə də Gürcüstan liderlərinin müxtəlif dövrlərdə antirusiya siyasəti yürütməsinə baxmayaraq, Avropa İttifaqına qəbul edilməyiblər. O əlavə edib ki, uzun illər gözləməsinə baxmayaraq, Türkiyə də qəbul edilmir.
"Sizcə, onu (red-Ermənistanın Baş naziri Nikol Paşinyanı) orada (red- Qərbdə) niyə və nəyə görə qəbul edirlər? O, nəyisə təmsil edirmi? O, sadəcə olaraq Rusiyaya qarşı nəsə etmək istəyir. Mən də daxil olmaqla, hər kəsi qəbul edəcəklər, amma deyəcəklər ki, buyurun, Rusiya əleyhinə danışın. Ümid edirəm ki, bu, dəyişəcək",- Abramyan vurğulayıb./teleqraf