Onlar İlham Əliyevdən öyrənməyə çalışırlar...- Markov
Bu gün III Şuşa Qlobal Media Forumunun ən önəmli hissəsi Azərbaycan Prezidenti İlham Əliyevin çıxış edəcəyi hissədir.
Bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, İlham Əliyev müasir dövrün ən təcrübəli liderlərindən biridir.
“Digər ölkələrin rəhbərləri Azərbaycan Prezidentindən öyrənməyə çalışırlar”, - Markov bildirib.
Bunan əlavə, Sergey Markov Şuşa Qlobal Media Forumunun mövzusuna toxunaraq vurğulayıb ki, hazırda Rusiyada süni intellekt sahəsində inkişaf zəif gedir:
“Hökumət bu sahənin inkişafı istiqamətində müəyyən addımlar atır. Biz artıq fərqindəyik ki, süni intellekt gələcək üçün çox böyük perspektivlər vəd edir”.
Press-fakt
Oxunub: 33
Xəbəri paylaş
Paylaş: