Ərdoğan yenidən namizəd ola bilər - Ankaradan AÇIQLAMA!
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Konstitusiyaya dəyişiklik edilmədən növbəti dəfə prezidentliyə namizədliyini irəli sürə bilər.
Bu barədə Türkiyə liderinin baş müşaviri Mehmet Uçlum "X" hesabında yazıb.
![]()
Onun sözlərinə görə, Ərdoğanın yenidən seçkilərdə iştirak etməsi üçün yeni Konstitusiyanın qəbuluna və ya mövcud qanunvericiliyin dəyişdirilməsinə ehtiyac yoxdur.
“Türkiyə Böyük Millət Məclisi 2027-ci ilin üçüncü rübünün sonunda və ya 2028-ci ilin əvvəlində ən azı 360 səslə növbədənkənar seçkilərin keçirilməsi qərarını verərsə və Prezident Ərdoğan buna razılıq versə, o zaman sonuncu dəfə namizədliyini irəli sürə bilər”, – deyə müşavir izah edib.
Oxunub: 72
Xəbəri paylaş
Paylaş:




















