İran, Çin və Rusiya rəsmiləri Tehranda nüvə proqramı ilə bağlı görüş keçirəcəklər
Sabah İran, Çin və Rusiya tərəfinin iştirakı ilə Tehranın nüvə proqramı ilə bağlı üçtərəfli görüş keçirəcək.
"Tasnim" agentliyi xəbər verir ki, bu barədə İran XİN-in nümayəndəsi İsmail Bəqai jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.
İ.Bəqai söyləyib ki, görüş Tehranda baş tutacaq.
O qeyd edib ki, görüşdə digər müzakirə olunacaq məsələ Qərb və ABŞ-nin sanksiyaları olacaq./oxu.az
Oxunub: 30
Xəbəri paylaş
Paylaş: