“SVO qəhrəmanı” toy gecəsi arvadını öldürdü – Hökmü dinlədikdən sonra... /FOTO
Yekaterinburq Hərbi Məhkəməsi Tümen vilayətinin Yurqinskaya kənd sakini Aleksey Marçukovu 12,5 il müddətinə azadlıqdan məhrum edib.
Rusiya mediasının yazdığına görə, Marçukov arvadını toy gecəsi öldürməkdə ittiham olunur.
Marçukov bundan əvvəl bir neçə dəfə məhkum olunub və həbsxanadan canını qurtarmaq üçün rəsmən “xüsusi hərbi əməliyyat (SVO)” adlandırılan Ukraynadakı işğalçılıq müharibəsinə yollanıb.
Yazda evə tətilə gələn “SVO qəhrəmanı” sevgilisi Marina ilə martın 4-də evlənib. Lakin Marçukov elə toy gecəsi qısqanclıq zəminində yeni arvadını qətlə yetirib.
Təqsirləndirilən şəxs hökmü dinlədikdən sonra koloniyadan cəbhəyə qayıtmaq istədiyini bildirib. Media yazır ki, məhkəmə hökmünü dinləyəndən sonra cinayətkar yenidən müharibəyə göndərilməsini istəyib. Onun bu arzusunun böyük məmnuniyyətlə yerinə yetiriləcəyi gözlənilir.





















