Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
KREML DİASPORA BAŞÇILARIMIZDAN NƏ İSTƏYİR?- “Pul toplamağıma imkan vermirlər...”
İNVESTİSİYA QƏRARLARINA ANALİTİK YANAŞMA - Bir gəncin ABŞ uğuru İbrahim Nəbioğlunun təqdimatında /Eksklüziv
Yaponiyada SÜNİ İNTELLEKT SİYASİ PARTİYA LİDERİ OLACAQ - "France-Presse"
Press-fakt.az
    
  • ABŞ Qəzzada qətliamın davam etməsinə dəstək verib - 
    ABŞ Qəzzada qətliamın davam etməsinə dəstək verib -  BMT TŞ-nin qətnaməsinə veto qoyub
  • 
  • "ABŞ İsrail siyasətinə gözlənildiyi qədər təsir göstərmir"-
    "ABŞ İsrail siyasətinə gözlənildiyi qədər təsir göstərmir"- Hakan Fidan
  • 
  • Məktəb direktorunun səs yazısı ilə bağlı araşdırma başlanılıb
    Məktəb direktorunun səs yazısı ilə bağlı araşdırma başlanılıb
  • 
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Putindən əməkçi miqrantlarla bağlı təklif:
    Putindən əməkçi miqrantlarla bağlı təklif: Ləğv edilsin!
  • 
  • UEFA Çempionlar Liqasında GECƏNİN NƏTİCƏLƏRİ
    UEFA Çempionlar Liqasında GECƏNİN NƏTİCƏLƏRİ
  • 
  • Bu meyvə "gənclik iksiri"dir -
    Bu meyvə "gənclik iksiri"dir - Alimlər təsdiqlədi
  • 
  • Pezeşkian şayiələrə son qoydu:
    Pezeşkian şayiələrə son qoydu: "Mən fəxr edirəm ki, türkəm!"
  • 
  • TRAMP-STARMER DANIŞIQLARI BAŞLADI - 
    TRAMP-STARMER DANIŞIQLARI BAŞLADI -  Müttəfiqlər Ukrayna ilə bağlı strateji qərar verəcək
  • 
  • Millət vəkili istefa verdi - 
    Millət vəkili istefa verdi -  Bu federasiyanın bütün rəhbər heyəti getdi
  • 
  • “Mən də burada qulam, pul almışam, yaxşı eləmişəm”-
    “Mən də burada qulam, pul almışam, yaxşı eləmişəm”-  Daha bir direktorun səs yazısı yayıldı /VİDEO
  • 
  • Azərbaycanda qumar şəbəkəsi ifşa olundu - 
    Azərbaycanda qumar şəbəkəsi ifşa olundu -  Kiberpolisdən əməliyyat /VİDEO
  • 
  • Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edildi -
    Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM
  • 
  • Rusiya “xilasedici kəmər”dən MƏHRUM EDİLİR - 
    Rusiya “xilasedici kəmər”dən MƏHRUM EDİLİR -  “66 faiz MÜHARİBƏNİN ƏLEYHİNƏDİR”
  • 
  • Kozak istefa verdi - 
    Kozak istefa verdi -  Rəsmi səbəb açıqlandı, amma...
  • 
  • “Qonşuların maraqlarını nəzərə alsınlar”-
    “Qonşuların maraqlarını nəzərə alsınlar”- Zaxarova Türkiyə-Ermənistan danışıqlarından “narahatdır”
  • 
  • Buraxılış imtahanında yeni növ suallar olacaq - 
    Buraxılış imtahanında yeni növ suallar olacaq -  Detallar açıqlandı
  • 
  • MEDİA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi
    MEDİA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi
  • 
  • Ağdam şəhəri sakinlərini gözləyir - 
    Ağdam şəhəri sakinlərini gözləyir -  Köçün tarixi AÇIQLANDI
  • 
  • Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
    Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
  • 
  • Yunanıstandan İsrailə tam dəstək:
    Yunanıstandan İsrailə tam dəstək: Sanksiyalar rədd edildi
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • Azərbaycanda MİLLİ MƏTBUAT GÜNÜDÜR
  • Həsən Həsənovun atası vəfat etdi
  • Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
  • Toy günü bəyi ildırım vurdu
  • “Bu gün Azərbaycan mətbuatında çox az sayda əkinçi var”- Fazil Mustafa

    • Tarix: 22-07-2025, 12:25

    Daha.az Millət vəkili Fazil Mustafanın çapa hazırladığı “Anladım. Tanıdım. Yaşadım” adlanacaq kitabından Milli Mətbuat tarixiylə bağlı essesini təqdim edir.

    HƏSƏN BƏY ZƏRDABİ

    “Çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır”. Azərbaycan milli mətbuatının yaradıcısı Həsən bəy Zərdabinin öz toplumu ilə mübarizəsinin qısa şüarı bundan ibarət idi. Həsən bəy türk düşünürü Arif Nihat Asyanın sözləriylə desək: “İşığı önünə al yürü, kölgən arxandan istər gəlsin, istər gəlməsin” prinsipi ilə yola çıxanlardan idi.
    Milli Mətbuat Günü Həsən bəy adlı bir Aydınlıq Günəşi ilə bağlıdır. Gün demək, Günəşin insan həyatı üçün faydalı təzahürü deməkdir. Gün, Günəşdən ötürülən çox kiçik enerjidir ki, Yer kürəmizi aydınladır.

    1875-ci ildə Gün işığına çıxan “Əkinçi” kodu altında öz tükənməz enerjisi ilə şumladığı torpağın hər qarışından məhsul götürəcəyinə böyük ümid bəsləyirdi. Düşünürdü ki, Günəş var, Torpaq var, canlı toxum varsa, hərtərəfli yetkin bir toplumun yetişməsi üçün daha nə lazımdır?… Ancaq nəzərə almamışdı ki, bu torpağın alt qatında toplumun yaşadığı, anladığı “din”in cəhalət, xurafat adlı daşlı-gilli bərəkətsiz qarışığı var. Və o qarışığın hesabına Həsən bəy arzuladığı məhsulu götürə bilmədi. Tanınmış türk şairi Cənab Şəhabəddin sanki Zərdabinin sıxıntılarını düşünərək yazmışdı: “Həyatda ən çətin şey qayəsiz insanlarla birlikdə yaşamaq məcburiyyətində qalmaqdır”.

    O, qəzet işinə söz əkinçiliyi kimi baxırdı. Toxumu səpirsən, hər qarışından cücərtilər boy verəcək. Ancaq torpağın və toplumun tərkibində hansı qarışığın olması çox önəmlidir. Yenə də şükürlər olsun ki, bu Günəşin yanğısının hesabına ayrı-ayrı vaxtlarda Günün əkinçiləri yetişdi. Onlar da durmadan toxumları səpdilər. Bu günümüzdə nələrsə yaxşı-pis cücəribsə, həmin əkinçilərin iztirablarının, alın tərinin və istedadının nəticəsidir.

    Bizdə bu peşənin insanlarına jurnalist deyirlər. Əsrin əvvəllərində qəzetçi deyərdilər. Fikrimcə, qəzetçi daha uyğundur. Türkiyədə də qəzetəçi ifadəsi yayğındır. Həm də birini digərindən fərqləndirmək üçün “usta qəzetəçi” ifadəsini işlədirlər. Bizdə bu təqribən “peşəkar jurnalist”ə ekvivalent ifadədir. Ancaq ən prestijlisi də “Əməkdar jurnalist” ifadəsidir. Çünki bunun arxasında rəsmi tanınma sənədi var.
    Mənim qəzetçilərə baxışım belədir: usta qələm əhli, peşəkar qəzetçi və kar qəzetçi.

    Birincilər sadəcə bu peşədə özəl istedad sahibidir və təkrarolunmaz yazı üslubları, peşə əxlaqı və idealizmi ilə fərqlənir. İkincilər vərdiş və təcrübə ilə bu peşədə məskunlaşıb, öz işlərini yaxşı bilirlər, özəlliklə də nəyi eşidib, nəyi eşitməməyi yaxşı bilirlər. Peşə ilə karlığın sintezini qurmağı bacaranlardır. Həmişə “tərəqqi”dədirlər.


    Üçüncülər isə bu sahədə özlərini eşitməzliyə qoyublar, istedadsızlıqdan narahat deyillər, imtiyaz və növbə məsələlərində həssasdırlar, peşənin içində usanmadan yaşayırlar.
    Bu gün Azərbaycan mətbuatında çox az sayda əkinçi var, biçinçilərlə yeyimçilər mütləq çoxluğu təşkil edir. Ona görə də toplumu dəyişməyə, yeniləşdirməyə, nimdaş dəyərlərini söküb dağıtmağa risq edən idealistləri görəndə sevinirsən, təsəlli tapırsan.

    Həsən bəyin “əkinçi”liyinin bir maraqlı məqamı da var. İyul ayları bizim coğrafiyada əkin vaxtı deyil. Nə yazlıq əkinin, nə də payızlıq əkinin vaxtına uyğundur. Gecikməyin səbəbi münbit torpağın, yəni sağlam düşüncənin olmaması idi…

    Hələ Qori Müəllimlər Seminariyasının da Azərbaycan bölməsi fəaliyyətə başlamamışdı. Ermənilərin, gürcülərin məktəbləri də vardı, qəzetləri də. Ona görə də Azərbaycan tarlasına bu toxum virtual olaraq Tiflisdən səpilmişdi. Həsən bəy qəzet savaşında ənənəvi olaraq yalnız rus, gürcü və erməni ilə deyil, öz doğma qaragüruhu ilə də üz-üzəydi. Bəlkə də, buna görə Həsən bəy Məlikovdan daha çox onu həm dünənin, həm də günümüzün şərtlərində Zərdabi olaraq tanımaq, tanıtmaq daha məntiqlidir. Bu adın bir bölgə ilə əlaqələndirilməsini təsadüfi də saymaq olar.

    Zərdab sözü dilimizdə orqanizimdə ilan zəhərinə qarşı dirənc formalaşdırmaq üçün vurulan tibbi mayeni ehtiva edir. Həsən bəy həm də bizim millətin cəhalət və nadanlıq tarixinə vurulmuş bir zərdabdır. Dünən də, bu gün az sayda olsa da, müstəqil dövləti qorumaq, milləti çağdaş dəyərlərə daşımaq ruhu bu zərdabın təsirini öz mövcudluğunda qoruyan insanlarımızın hesabınadır… Milli Mətbuat Günü həm də çevrədəki erməni və irani ilanlarla birgə yaşamaq və ayaqda qalmaq üçün zərdablandığımız gündür.

    ABŞ Prezidenti olmuş Endrü Ceksonun (Andrew Jackson; 1767–1845) belə bir ibrətamiz fikri var: “Cəsarətli bir adam təkbaşına bir çoxluqdur”. Bax, əslində, Zərdabi kimi şəxsiyyətlər də bütün zamanların təkbaşına çoxluğudur.

    İrançı zehniyyətə, geriçi din ənənəsinə qarşı çıxan böyük milli aydınımız Həsən bəy Zərdabiyə İran mədəniyyətinin təsiri altında olan Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti nifrət edirdi. “Əkinçi” həm də ona görə yaşaya bilmədi ki, o xalqın sonradan “qazanılmış” olsa da, ənənəviləşmiş identikliyinə qarşı çıxırdı və böyük hücumlara məruz qalırdı. 22 iyul 1875-ci ildə çıxan “Əkinçi”nin öz əkdiyi məhsulu yığmadan 1877-ci ildə bağlanmasının da əsas səbəbi burada yatırdı. Hətta İrançı düşüncə mirasına bağlılığı olan böyük mütəfəkkirimiz Əhməd bəy Ağaoğlu belə, Parisdə oxuduğu zaman özünün “Persiya cəmiyyəti” məqaləsində Həsən bəy Zərdabini yeni türk ədəbi dilini təşviq etməklə xalqımızı ənənəvi dəyərlərinə real təhlükə yaratmaqda ittiham edirdi. O zaman Əhməd bəy Ağaoğlu İrançı düşüncə mirasının Paris və Londonda elmi təbliğini aparırdı. Sonradan Əhməd bəy məhz bu düşüncənin Azərbaycan xalqının taleyində yaratdığı fəlakəti, qaranlığı, gerizəkalılığı anlayaraq, Həsən bəylə eyni hədəfə doğru yürüdü və böyük bir milli miras qoyub getdi. Bu hekayənin anlamı budur ki, şəxsi mənada siyasətdə bir-birinə düşmən olan insanlar unutmamalıdır ki, millətin taleyi ilə bağlı məsələlər zərurət yarandıqda onları mütləq birləşdirəcəkdir.

    Mən bilmirəm Həsən bəy Zərdabidən yüz il sonra daha nələri mənimsəyəcəyik, ancaq başlığa çıxardığım çağırışı qaragüruha təslim olmuş aydınlarımızın sayı artdıqca hökmən təkrarlayacağımızdan əminəm: “Çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır”. Höte deyirdi, “Adam özünü bir şeyə tamamən həsr etdikdə, Tanrı da hərəkətə keçər”. Ancaq qaragüruhu da öz qəlibində var edən Tanrı olduğuna görə, bu hərəkətin əlamətləri sonrakı dönəmlərdə Zərdabinin diləklərinə, ümidlərinə uyğun üzə çıxmadı.
    Günümüz aydınlıq olsun! – Cahilliyə qarşı zərdab vurulan Günümüzü deyirəm.


    Oxunub: 73
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      19-09-2025
      11:44 | Lukaşenkonun övladları - BELARUSUN GƏLƏCƏYİ:  PREZİDENT HANSI OĞLUNU VARİS SEÇƏCƏK?
      11:25 | ABŞ Qəzzada qətliamın davam etməsinə dəstək verib -  BMT TŞ-nin qətnaməsinə veto qoyub
      11:20 | "ABŞ İsrail siyasətinə gözlənildiyi qədər təsir göstərmir"- Hakan Fidan
      11:15 | Məktəb direktorunun səs yazısı ilə bağlı araşdırma başlanılıb
      11:10 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:45 | Azərbaycana BORCLU OLANLAR, Azərbaycanın BORCLU OLDUĞU ÖLKƏLƏR - Aradakı fərq...
      10:40 | Putindən əməkçi miqrantlarla bağlı təklif: Ləğv edilsin!
      10:35 | UEFA Çempionlar Liqasında GECƏNİN NƏTİCƏLƏRİ
      10:30 | Bu meyvə "gənclik iksiri"dir - Alimlər təsdiqlədi
      10:25 | Pezeşkian şayiələrə son qoydu: "Mən fəxr edirəm ki, türkəm!"
      10:20 | TRAMP-STARMER DANIŞIQLARI BAŞLADI -  Müttəfiqlər Ukrayna ilə bağlı strateji qərar verəcək
      10:15 | Millət vəkili istefa verdi -  Bu federasiyanın bütün rəhbər heyəti getdi
      10:11 | “Mən də burada qulam, pul almışam, yaxşı eləmişəm”-  Daha bir direktorun səs yazısı yayıldı /VİDEO
      10:05 | ABŞ Nümayəndələr Palatası anti-Azərbaycan düzəlişlərini rədd edib
      10:00 | Azərbaycanda qumar şəbəkəsi ifşa olundu -  Kiberpolisdən əməliyyat /VİDEO
      18-09-2025
      20:00 | UKRAYNAYA 200 MİNLİK “işğalçı qoşun” GÖNDƏRİLİR - Müharibə yeni fazaya QƏDƏM QOYUR
      19:30 | Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM
      19:15 | Rusiya “xilasedici kəmər”dən MƏHRUM EDİLİR -  “66 faiz MÜHARİBƏNİN ƏLEYHİNƏDİR”
      19:10 | Kozak istefa verdi -  Rəsmi səbəb açıqlandı, amma...
      19:05 | “Qonşuların maraqlarını nəzərə alsınlar”- Zaxarova Türkiyə-Ermənistan danışıqlarından “narahatdır”
      18:45 | Buraxılış imtahanında yeni növ suallar olacaq -  Detallar açıqlandı
      18:40 | MEDİA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi
      18:30 | “ŞÜKÜRLƏR OLSUN Kİ, RUSİYANI ORADAN ÇIXARDILAR"-  “Əliyevə çox minnətdaram...”- Kasparov
      18:25 | Ağdam şəhəri sakinlərini gözləyir -  Köçün tarixi AÇIQLANDI
      18:20 | Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
      18:15 | Yunanıstandan İsrailə tam dəstək: Sanksiyalar rədd edildi
      18:00 | Məşhur turizm şirkətində daha kimlər həbs ediləcək?- RƏSMİ
      17:55 | RUSİYA Ukraynaya daha 1 000 hərbçinin CƏSƏDİNİ TƏHVİL VERDİ
      15:45 | Britaniyada Rusiya kəşfiyyatı üçün işləyən 3 nəfər həbs olunub
      15:05 | “Araratın viza möhürlərindən silinməsi Türkiyənin tələbi deyil”- Paşinyan
      14:55 | Türkiyə MN-dən S-400-lərlə bağlı iddialara cavab
      14:50 | Prezident İlham Əliyev Aİ-nin Genişlənmə üzrə komissarını qəbul edib
      13:15 | “NEFT HASİLATI AZALIR, İQTİSADİ ARTIM TEMPİ DÜŞÜR”- "Vergi Məcəlləsini tez-tez dəyişmək yox, yenisini qəbul etmək lazımdır, yoxsa...”
      13:10 | Azərbaycanlı tələbələrin ən çox getdiyi ölkələr hansılardır?- İlk yerdə TÜRKİYƏDİR
      13:05 | Ukrayna ordusu qaz kəmərini partlatdı -  Rusların bu “marşrutu” bağlandı
      12:31 | İsrailli nazirdən qalmaqallı ETİRAF: Qəzzadakı əmlakı ABŞ-la BÖLƏCƏYİK
      12:20 | "London taksi"ləri hava limanından şəhərə neçəyə gedəcək?- 20 dəfə ucuza getmək də mümkündür /QİYMƏTLƏR
      12:00 | Türkiyə HÜCUMA KEÇSƏ, İsrail BU ADDIMI ATACAQ - Türk və yəhudi politoloqlardan AÇIQLAMA
      11:55 | Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 51 nəfər saxlanıldı
      11:10 | Avropa komissarı Azərbaycana gəlib - yüksək səviyyəli görüşlər keçirəcək
      11:00 | Məzahir Pənahovun oğlu məhkəməni UDUZDU -  300 minlik əmlakı keçmiş arvadına qaytaracaq
      10:55 | Rusiyanın terror planı İFŞA EDİLDİ - 15 nəfər saxlanılıb
      10:45 | İMPERİYA XƏYALI BİTDİ - RUSİYA Cənubi Qafqazdan ÇIXARILIR
      10:40 | Ağır dərs, robota çevrilən şagirdlər - Nazirlik qərar verdi
      10:35 | Şaradan İsrail bəyanatı: Masada hələ ki, sülh yoxdur!
      10:30 | UEFA Çempionlar Liqası: favoritlər qələbə qazandılar - NƏTİCƏLƏR
      10:25 | Paşinyan - Qaregin ixtilafı: Nikol kilsəni daxildən dağıdır
      10:15 | ÇİN AVTOMOBİLLƏRİ: HANSI PROBLEMLƏRİ VAR?- Alıcılar nələrə diqqət etməlidirlər? /QİYMƏTLƏR
      10:10 | "Tramp özünü dünyanın imperatoru hesab etməkdən əl çəkməlidir"-  Braziliya prezidenti
      10:05 | Yol polisi sürücülərə müraciət etdi - Şəhərə giriş bağlanacaq
      10:00 | Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb
      09:55 | "Müharibənin bir ilinin qiyməti 120 milyard dollardır"- ZELENSKİ
      17-09-2025
      20:00 | MƏRHURM GENERALIN ƏMLAKLARI MÜSADİRƏ OLUNDU -  SİYAHI
      19:45 | BU ŞİRKƏT avqustda “Azərenerji”nin 21, sentyabrda isə 24 milyonluq TENDERİNİ UDDU
      19:30 | ADAU vergi borcu olan bu şirkətlə müqavilə bağladı (?!) - FOTOFAKT
      19:25 | Lənkəranskinin qardaşının 700 minə satdığı villa ilə bağlı fırıldağın Təfərrüatı
      19:00 | Rusiya Avropa Konvensiyasından çıxdı - Ölkəyə beynəlxalq nəzarət aradan qalxır
      18:50 | Bakı metrosu “Formula 1”-ə görə 2 saat daha çox İŞLƏYƏCƏK
      18:45 | KREML DİASPORA BAŞÇILARIMIZDAN NƏ İSTƏYİR?- “Pul toplamağıma imkan vermirlər...”
      17:05 | Müdafiə nazirinin sabiq müavininin də ittiham olunduğu iş üzrə HÖKM OXUNUB - MƏHKƏMƏ
      17:00 | Azərbaycanın ən çox investisiya qoyduğu ölkələr -  SİYAHI
      16:45 | 7 illik güzəşt başa çatır - Kimlərin maaşından 14 faiz vergi TUTULACAQ...
      16:40 | Azərbaycanda vergi ödəyicilərinin büdcəyə borcu 3 milyard manatı keçib
      16:30 | ERMƏNİLƏR UKRAYNADA BÖYÜK İTKİLƏR VERİR - Sensasiyalı faktlar və rəqəmlər AÇIQLANDI
      15:55 | "Ukraynadakı sülhməramlılar Rusiya hərbçiləri üçün qanuni hədəf olacaq"- Lavrov
      15:40 | İşğaldan sonra Qarabağa səfər edən ölkə liderləri - SİYAHI
      15:20 | Bəxtiyar Həsənov Rusiya vətəndaşlığından məhrum edildi
      15:15 | "Formula"ya görə bu universitetlər və məktəblər bağlanır
      15:00 | Rəşid Mahmudovdan SÜNİ İNTELLEKTDƏN tibbi məsləhət alanlara SƏRT REAKSİYA
      13:50 | Ərəb ölkələri hərbi blok YARADIR - İsraildən dünyanı təşvişə salan müharibə ÇAĞIRIŞI
      13:30 | Bakıda orta aylıq əməkhaqqı 1 370 manatı ÖTÜB - RƏSMİ
      13:15 | Bu ilin 8 ayı ərzində 25 minə yaxın piyadaya protokol tərtib edilib
      13:00 | Yaponiya Trampın təklifini rədd etdi - Çin və Hindistana qarşı rüsumları artırmayacaq
      12:15 | İNVESTİSİYA QƏRARLARINA ANALİTİK YANAŞMA - Bir gəncin ABŞ uğuru İbrahim Nəbioğlunun təqdimatında /Eksklüziv
      12:10 | Rayonlarda bu səlahiyyət icra başçılarından ALINIR
      12:05 | "BakuBus"ın aldığı bir elektrik avtobusu və onun şarj aparatı 544 minə başa gəlib
      12:00 | “Tanqo üçün iki nəfər lazımdır...”- “Onlar bir-birlərinə nifrət edirlər.”
      11:20 | İran İsrailə casusluqda ittiham olunan şəxsi edam edib
      11:15 | "Benfika" "QARABAĞ"a görə MƏŞQÇİSİNİ QOVDU -  Mourinyo ilə razılığa gəlinib
      11:11 | Türkiyə mediasında “Qarabağ”ın zəfəri bu cür təqdim edildi - FOTO
      11:10 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      11:05 | "Futbolçularımdakı inam qələbə qazanmağa kömək etdi"- Qurban Qurbanov
      11:00 | "Qarabağ" "Benfika"nı məğlub etdi -  Böyük məbləğdə gəlir qazandı
      01:00 | “QARABAĞ” “Benfika”nı LİSSABONDA DİZ ÇÖKDÜRDÜ - 2:3
      00:35 | Trampdan jurnalistə: Sakit ol, səs tonun xoşuma gəlmədi!
      00:30 | Trampdan Azərbaycanla bağlı MÜHÜM PAYLAŞIM
      00:25 | “Gəmilərə hücum edilsə, CAVABI OLACAQ”- 16 ölkədən İsrailə SƏRT MESAJ
      00:20 | Türk hərbi sənayesi Amerikaya ayaq açdı - Təsdiq
      00:15 | Yaponiyada SÜNİ İNTELLEKT SİYASİ PARTİYA LİDERİ OLACAQ - "France-Presse"
      00:10 | "BMT Təhlükəsizlik Şurasının tərkibində islahatlara ehtiyac var"- Quterreş
      00:07 | Ermənistan və Türkiyə tarixi körpünü bərpa edir
      00:05 | Putin hərbi forma geyindi: Qərbə güc mesajı
      00:00 | Husilər Təl-Əvivə ballistik raket zərbəsi endirib
      16-09-2025
      20:00 | Hərbi təlimlərə CAVAB GECİKMƏDİ - Polşa bu ölkə ilə SƏRHƏDİ BAĞLADI
      19:55 | ABŞ və Çin razılığa gəldi: Gərginlikdə kritik dönüş
      19:45 | İrəvandan SON DƏQİQƏ AÇIQLAMASI: Sülh müqaviləsi BU TARİXDƏ imzalanacaq
      19:30 | İlham Əliyev BƏƏ Prezidentinə “Ərgünəş” adlı Qarabağ atı hədiyyə etdi - FOTO
      19:20 | "Biz Qəzzanı ələ keçirmək istəyirik"- Müdafiə naziri işğal planını açıqladı
      16:15 | GƏLƏN İL SAHİBKARLARI NƏ GÖZLƏYİR?- Vergi, gömrük və cərimə proqnozları artırıldı /RƏQƏMLƏR
      16:00 | Azərbaycan Rusiyadakı müsabiqədən imtina etdi
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.