Rusiyada daha bir azərbaycanlı biznesmen saxlanıldı
Rusiyanın Yekaterinburq şəhərində azərbaycan əsilli iş adamı Elvin Şükürov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bu barədə şəhərin İctimai Palatasının üzvü Dmitri Çukreyev məlumat verib.
Elvin Şükürovun qanunsuz alkoqol istehsalı və satışını təşkil etməkdə şübhəli bilinərək istintaqa cəlb olunduğu bildirilir. Məlumata əsasən, söhbət markalanmamış içkilərin qeyri-qanuni dövriyyəyə buraxılmasından gedir.
Hazırda araşdırmalar davam etdirilir./musavat.com
Oxunub: 18
Xəbəri paylaş
Paylaş: