İran uranın zənginləşdirilməsini davam etdirəcək - Pezeşkian
İran nüvə silahı əldə etməyə çalışmır, lakin beynəlxalq hüquq normalarına uyğun olaraq uranın zənginləşdirilməsini davam etdirəcək.
"Report"un məlumatına görə, bu barədə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian "Al Jazeera" telekanalına müsahibəsində bildirib.
"Biz nüvə silahına sahib olmağı tamamilə rədd edirik - bu bizim siyasi, dini, humanitar və strateji mövqeyimizdir", - o xatırladıb.
Prezident vurğulayıb ki, İran gələcəkdə beynəlxalq hüquq çərçivəsində öz ərazisində uranın zənginləşdirilməsini davam etdirəcək.
Oxunub: 14
Xəbəri paylaş
Paylaş: