"Azərbaycan mətbuatı -150"-yə Postskriptum - Aydın CANdan...ELEGİYA və ya tabuta son MİSMAR

Aydın CAN
150 sifətli 150 yaşlı mətbuatın 150 dərəcə altında... iyi-ətri-rayihəsi-parfümü-spreyi-dezoderantı və tualet suyu
Və yaxud
“Bin Eli, in Eli” jurnalistikası haqqında...
40 illik jurnalistlik fəaliyyətimdə mətbuatın panoramına nəzər yetirəndə ilk dəfədir hiss edirəm ki, Məhəmməd peyğəmbərin həcc ziyarəti barədə dediyi məşhur fikir və etdiyi həndəsi konfiqurasiyanın yeri yoxdur!
Həcc ziyarəti zamanı zəvvarların axınına tamaşa edən Həbibullah şəhadət barmağı ilə adsız barmağını 45 dərəcə bucaq üstündə cütləyib deyir: bu il gələnlər keçənilkindən də azdır! Faktiki isə zəvvarlar keçən ilkindən on dəfə çox idi. Fikrinin nədənini soruşanda əziz peyğəmbər qısaca cavab verir: içlərində həqiqi mömin ya birdir, ya iki.
Möhtərəm Prezidentin, Müzəffər ABK-nın son fərmanında HƏQİQİ JURNALİST iki və daha artıqdır!
Bəs onda sorun nə?
MAHİYYƏT!
Bu yaxınlarda bir xütbəyə qulaq asdım. Deyirdi ki, görürsən ağıllı adamdır, həyatını, biznesini qurub, di gəl, birdən-birə qəzaya uğradı, heç nədən itirdi hər şeyini. Halbuki ağlı ilə seçilirdi! Bəs nə oldu? Ağıl niyə kömək eləmədi? Yox, ağlın ümidinə qalsaydı kömək edərdi, ağlın funksionallığını itirdiyi məqam olub: adamın imanı zəif imiş. İman zəif olanda... ağıl gücsüz olur!
Hə-ə, fərmanda-sərəncamda adı çəkilən jurnalistlərin şəxsən 5-10-u var ki, üz-üzə gələndə təbrik etməyi peşə borcu sayarıq, 2-3-ü də var ki, rast gəlməyi gözləmədən özüm yığıb təbrik də etmişəm.
Yəni, mənim məlum fərmana-sərəncama qəti etirazım yoxdur – 2020-ci ilin sonlarından mən Müzəffər ABK haqqında yekdil və birmənalı fikirdəyəm: Şah oğlu Şah nə edirsə, mənim qəbulumdur!!! Məni ərazisi bütöv, parlamenti tam, imici müzəffər vətənlə mükafatlandırıb! Gerisi... texniki məsələlərdir, eyni zamanda, amma və lakin...
Birinci onu deyim ki:
Bu təltiflərdən ƏN XOŞUMA GƏLƏNİ, ÜRƏYİMDƏN TİKAN ÇIXARANI Azər Rəşid oğlu Qurbanəliyevin – Azər Rəşidoğlunun əməkdar jurnalist adı alması oldu!
Niyə?
Azər Rəşidoğlu as jurnalistdirmi? Həcc ziyarətində olan Azər Qurbanəliyev imanlı jurnalistdirmi? Böyük siyasi icmalçı, şərhçi, ekspert, politoloqdurmu?
Əsla və qətiyyən! Bəs niyə canıma yağ kimi yayıldı?
DEYİM: bizim bu təzə yaradılan MED...İA-mız var ha, sayın Əhməd İsmayılov da onun başqanı sayılır, bax, həmən o Əhməd müəllim təzə gələndə demişdi ki, mən Azər Rəşidoğlu adında jurnalist tanımıram!
Bizim bu dərdiş də götürüb şaqqaşaq replika atdı ki, “ayə, qoymuyun, üstümə İrasim, bağışlayın, gəmiçi, “matros Əhməd” gəler”, bəyan da etdi ki, özümü sənə tanıdacam!
Tanıtdı da!
Bu gün təltif olunanlar arasında Əhməd İsmayılovun “tanımadığı”, legitim saymadığı Azər Qurbanəliyev “əməkdar jurnalist” adına layiq görülüb - deməli, Əhməd müəllimin nəzarətdə saxlaya blmədiyi xətt də var, ayrı adamlar da mətbuatın başqanlığını yapıyo!
Gurultulu, sürəkli, ardı-arası kəsilməyən alqışlar! Mətbuatın banisi Həsən bəy Zərdabi heç özünü etiraf etdirə bilmədi öz dövrünün “matros”larına! Azər Rəşidoğlu həm adını aldı, həm də Dövlət onun müalicəsini boynuna götürüb!
Mən Azərin adına da, müalicəsini Dövlət adına boynuna götürənə də təşəkkür edirəm!
BU (jurnalistləri və mətbuatı görməzdən gələnlərin ağzına verilən...) BİRİNCİ SUAL: bə deyirdiniz jurnalist yoxdur, mətbuat ölüb? (Yazıboyu belə çoxlu suallar əksini tapacaq əvvəlcədən jurnalistlərin əlinə və ağzına verilən... suallardan, mətbuat konfranslarında səsləndirilən)
SUALA CAVAB: Sizin üçün jurnalist ölüb, sizin üçün mətbuat yoxdur! Gördünüz ki, JURNALİST var!
Və... elə həmin fərmanda Məmmədov Asif Millət oğlu da kavalerlər sırasındadır: Azər Rəşidoğlunu bəyənməyən, Azər Rəşidoğlunun bəyənmədiyi Əhməd İsmayılova Asif Millət oğlu Məmmədov son illərdəki uğurlara görə təşəkkür edir!
Bugünkü jurnalistikada durumu və balansı, imanı və ağlı, əqidəni və prinsipi bəlli edən daha bir məqam var ad qoymağa:
Eynulla Fətullayev bir gün əvvəl Bakıda Qod Nisanovu bu dövlətin, bu xalqın düşməni kimi təqdim edir, sabah isə Moskvada Qod Nisanovla görüşür və palaz-palaz mədhnamə yazır! 20 il Mübariz Mənsimovu çığnayan, tapdalayan, üstünə tomoqavk, persinq, stringer, bayrakdar, haropla gedən Əvəz Zeynallı onu hətta Elçibəyin adından alver yapmaqda suçlayır, nəhayət ki bir gün İstanbulda Mübariz Mənsimovla görüşür, Mübariz Mənsimov olur “ti-ti”...
Bax, məhz bu məqamda, bu təltif siyahısını oxuyanda deyə bilirik: Azərbaycanda jurnalistlər... ürəyindən “vermək” keçib, amma necə və nə cür verməyi bilməyən, sürüşkən qadınlar misalı, "vermək" istəyənlərlə “verməyi bacaranlar” dəstəsindən ibarətdir!
Moskvada əmimoğlunun ət dükanının qabağında otururdum. Bazarlığa gələnlərə baxırdım. Tamaşa edə-edə deyirdim:
- Roma, bu “vermək” istəyir!
Roma mənim doğma, dopdoğma əmim oğlu idi, amma o rus qızından söhbət düşəndə bir vay-şivən salırdı, bir əl qatırdı özünə, gəl görəsən:
- Sən neynirsən, o, “banditin qızı”dır, səni doğrayarlar!
Heç “banditin qızı”-zadı da deyildi! Sadəcə, Roma istəmirdi mən ondan əvvəl onunla seks yapım! Romanın “tanıma” çipi işləmirdi: o, təyin edə bilmirdi, bu Nataşa “vermək” istəyib “verə bilməyənlər”dəndir, ya yox! O ancaq özü gəlib verənlərlə danışa bilirdi!
Bizdə də jurnalistlərin bütöv bir kontingenti belədir: “vermək” istəyir, “verməyi” bilmir, “verənləri” təhdid, hətta şantaj edir!
Alan isə tamaşa edir: əvvəllər bilirdi ki, kimi qəti şəkildə susdurmaq lazımdır – qurd kimiydi! Onun-bunun “s...evilmiş”ini qəbul etmirdi!
Konkret... məhv edirdi!
Sonra taktika dəyişdi: əvvəl rəqibin “s...evilmiş”ini aldı, “məlumat bazası”nı ələ keçirtdi! Sonra bu bəs etməyəndə... arvadına, qızına keçdi! Çəkinmədən videolarını da paylaşdı hətta, nəinki şəkillərini!
Abır-həya gedəndən sonra başa düşdülər ki, siyasi mübarizədə namus, qeyrət, paça söhbəti yoxdur!
Onda keçdilər birbaşa topdan almağa – pərakəndə satış ictimai qınağa tuş gəldi!
Hə-ə, bu məqamda başlandı “evini satıb mətbuat yaradanların varisləri mətbuatı satıb ev aldılar!” ittihamı...
Həqiqət payı var bu fikirdə, amma tam doğru deyil!
Niyə?
İstər Həsən bəy Zərdabi, istər Məhəmməd ağa Şahtaxtinski, istərsə də Mirzə Cəlil ÖZ İXTİSASLARI ÜZRƏ yarımçıq-yarıtmaz adam olublar!
Həsən bəy Zərdabi qəzet buraxmaqdansa, kənd təsərrüfatı maqnatı və ya da hüquq müdafiəçisi olub bir sindikat yaratsaydı, daha yaxşı olardı!
Dünən rəhmətliklə Park Masallıda bir xeyli söhbət elədik. Özü də etiraf elədi ki, Aydın Can, Mir Şahin düz deyib, mənim buraxdığım qəzetdən peyin iyi gəlirdi! Maarifçiliyə, tərəqqiyə yol... iqtisadiyyatdan, məhsuldarlığı artan istehsaldan gedir. Mənim vaxtımda da, Mir Şahinin vaxtında da bu xalq HƏQİQƏTİ deyənin dalınca getməyib. Bu xalq lağlağını, məzələnməyi, mırtı xoşlayır!
Bax, mısmırığını sallayıb oturan bu Mirzə Cəlil arvadının malın-mülkün, qır-qızılın qoydu “Molla Nəsrəddin”ə, laqqırtı vurdu, məzə qıldı, elə ki, iş bərkə düşdü, evdə sandıq boşaldı, qaçdı İrana, qaçdı Tiflisə, qayıtdı Qarabağa, Naxçıvanda baş çıxarmadı, halbuki... laqqırtı, lağlağı, məzələnmə, mırt tutma evi-eşiyi, malı-mülkü, sərvəti topdağıtmaz adamlar üçündür, biz arvad hesabına kişilənib ortaya çıxmaq istəyənlərik, nədi nədi desinlər ki, Həsən bəy fədaidir, banidir, Mirzə Cəlil dahidir – öz xalqına gülən, onu aşağılayan, onu mağmın, keybalaxanım kimi təqdim edənə bu xalq dahi deyir. Öz arvadına yalan deyib, "paçka" gəlib, evində yaşayıb puluyla küçəyə çıxıb Haykanuşu məşuqə kimi saxlayana dahi deməkdir bizim faciəmiz! “Anamın kitabı”nı yazmaq daha asandır, nəinki Haykanuşdan vaz keçmək, sonra da Haykanuşu zifaf gecəsi bakirə çıxarmaqdır bu millətin gözündə qəhrəmanlıq! Bizdən adam olmayıb olmayacaq da!
Məhəmməd ağa Şahtaxtinski söhbətin bu yerində ayağa durub getdi:
- Bir azdan sonra məni də fərsiz oğul çıxaracaqsınız, ata mülkünü 18 min rubl qızıl pula satıb rusca qəzet buraxmağa görə!
Həsən bəy saqqalını qaşıya-qaşıya davam edir:
- Hə, Aydın Can, bunların içində ən ağıllısı Mirzə Ələkbər idi. Özünə qəşəng sabun biznesi qurdu... milləti aşağılamaqla. Aradan da tez çıxdı. Oğlu, nəvələri sabun biznesini inkişaf etdirməsələr də, sabunu yaddan çıxarmadılar – rus hökümətiylə, milli hökümətlə əməlli-başlı dost oldular, imkan olsaydı, ingilislər qalsaydı, onlarla da işbirliyinə gedərdilər!
- Həsən bəy, qəzeti buraxmasaydınız, 10, 20, 30 il gec çıxasydı, nə olardı? Siz hansı ölkədə, xalqda qəzetin milləti ayağa qaldırdığını, dövlət qurdurduğunu, xalqı ağ günə çıxardığını görmüşdünüz ki? Maarifləndirmənin ilk növbədə, təhsildən keçdiyini görmürdünüzmü?
- Ay oğul, heç harda işləyə bilmədim, bir iş qura bilmədim, başımı qatdım da! Day o boyda akademiya oxumuşdum, gördüm bizdə belə bir biznes yoxdur, olan qalandan keçdim, gəldim jurnalistikaya da!
- Hə, Həsən bəy, bünövrə pis gəlib e. Öz işini bacarmayan kim varsa, jurnalistikaya gəlir – gəmiçi, qapançı, şərabçı, kitabxanaçı, baytar, musiqi müəllimi hesab kitabı yazır, aqronom qəzet buraxır, bazarda mayka-trusik satan holdinq açır...
- Aydın Can, şəkərim, düzdür, mən sənə etiraf elədim ki, vəziyyət onda elə idi, elə elədim, peyin iyi yayıldı, bəs indi? İndi daha pisdir, daha pis olan da odur ki, mənim adıma böhtan atırlar. Mən elə mətbuat yaratmamışam. Bu indi gedilən yol mənim təməlini qoyduğum yol deyil!
İndiki yolun hər tərəfinə istifadə olunmuş olvis-ultralar, prezervativlər atılıb, viaqra-kamaqra kasetləri tökülüb, hər addımda da bilinir ki “hansısa dar çarpayıda bunlara s...evişmək öyrədən biri var!”
- Həsən bəy, özünüzə əziyyət verməyin! Jurnalistlər və mətbuat indi çox inkişaf edib! Sizin vaxtınızda ev satıb mətbuat qururdunuz, siz bir evin qiymətinə peyin iyi verən qəzet buraxırdınız, indikilərin biri ev almaq, biri kanal açmaq, biri vəzifə və ya mandat almaq DƏYƏRİNDƏ qəzet buraxdılar. Hansı iyin gəlməsinin nə önəmi var ki? Əsas odur ki, bu gün də başa düşmürlər: “İskra” kimi bir vərəqə buraxıb bir imperiyanı qorumaq və formasını dəyişmək olar! Nə siz bunu o vaxt başa düşmüsünüz, nə də bugünkülər!
Təəssüf ediləsi budur: ay ev aldılar, mandat aldılar! Boş şeydir! Mətbuatı ucuz satmaqdan, Sözü urvatsız etməkdən danışmaq lazımdır, bunun üçün narahat olmaq lazımdır! Hər jurnalist bir sifət olmalıdır, amma hər jurnalist bir maskadır! Marka olmalıykən... 150 ildə 150 sifət-maska gördük! Sizin vaxtınızda Çar Rusiyasına işləyən həmkarınız yox idi – oxucunuz idi əleyhinizə olan. Amma indi bir redaksiyanın içində 150 yerə işləyən əməkdaşlardır! Hərəsindən də bir iy gəlir! Hərəsinin də ətiri, dezoderantı, spreyi ayrı-ayrı markalardır! Hətta tualet suyuna işləyən də var!
- A bala, ən rahat şey duş altında peşova getmək, başqasına ağıl verməkdir. İndi nə deyirsən, mən eləməyəydim, bunlar eləməsin, bu sahə olmayaydı?
- Həsən bəy, bizdə atom sənayesi yoxdur, kibernetika yoxdur, kosmos tədqiqatları yoxdur, rəsədxanalar yoxdur, yüzlərlə elm və istehsal sahəsi var ki, yoxdur! Üzeyir bəy hələ o vaxtı deyirdi ki, harda qəzet bağlansa nə olar, bizdə bağlansa heç nə olmaz. İndi siz nə niyyətləsə cəhd eləmisiniz, bizi keçirmisiniz paza, bağışlayın, MıŞı-ya, KİVDF-yə, MEDİA-ya, nə bilim nəyə, olmaz ki, indi olmasın da, olmasın!
- Niyə, şəkərim?
- Ona görə ki...
HƏR DƏFƏ təltiflər olandan sonra İKİ FİKİR yaranır.
BİRİNCİSİ: Qəti şəkildə məlum olur ki, Azərbaycanda istər iqtidar, istər müxalifət, istərsə də geydirmə adla təqdim olunan “müstəqil tənqidi mətbuat” nümayəndələri “Bin Eli, in Eli” modundadır!
Nədir bu mod?
Deməli, Müharrem İnce prezident seçkiləri öncəsi çıxışlarının birində Ərdoğan hökümətinin baş bakanı Bineli Yıldırımla bağlı iradlarını belə bildirdi: “Onun adı Bineli, gərəkəndə ona deyirlər Bin, Eli, Bineli de binir, sonra deyirlər in, Eli, o da inir!”
Həmin Müharrem İnce balkon çıxışına hazırlaşırdı, səhər gördülər ki, adam yoxdur!
Bizdə də media başbakanları eynən “Bineli modunda”, deyirlər bin, binirlər, deyirlər in, inirlər!
Anlata bildimmi?
Varmı İSTİSNA? Yoxdur! Olamaz!
- Aydın Can, bə bu təltifin yaratdığı ikinci rəy nə?
- İkincisi də bu ki, əziz Həsən bəy, at məsələsi yada düşür. Ağdamlının at almağı. Nə qədər ki, təltif siyahısında olmurlar, xalq ümid edir ki, ürəyindən “vermək” keçsə də, kimsə bunların “verməyini” qəbul etməz, amma elə ki, “vermək” istəyənləri də rahatlayırlar, onda xalq məcbur olur o at məsələsinə qayıdır. Zatən də “Bineli modu” göz önündə, amma çıxmayan cana ümid çoxdur da!
- Aydın bala, elə deyirsən, elə bil sən heç nə istəmirsən və dünyanın ən ədalətli yazarı sənsən, başa düşürsən ki, hələ mükafat-təltif haqq eləmirsən! Sən hansı sortsan ki?
- Həsən bəy, əzizim, dədəm Məmməd deyirdi ki, mənim balam, çalış gözə görünmə, biz gözə pis görünürük! Hamısını deməyəcəm, amma bir faktla sizi əmin edəcəm ki, sizin də, dədəmin də ruhuna and içirəm ki, mən heç nə istəmirəm! Deməli, belə, Həsən bəy, mənim bir “s...evilmiş”im vardı (başa düşürsünüz də, ərdə də olmuşdu, mənə qədər çoxlu sevgili də görmüşdü), bunun özü üçün də, bacısı üçün də əlləşməyim-çalışmağım vardı, amma bilirsiniz, bacısı iki ayağını bir başmağa dirəyirdi ki, neynirsən elə, kiminlə yatağa girirsən gir, bir Aydınla olma! “Deyə bildimmi”, Həsən bəy? Yəni, bu ölkədə qəhbə bacısını mənə rəva görməyənlər olduğu halda, sizcə, mən o qədər alilikdən, ucalıqdan nəsə uma bilərəm, elə şey ağlıma gələr? Bir də ki, mənim ürəyimdən “vermək” keçmir axı, mənə də nəsə versinlər. Ürəyimdən keçsəydi, 30 il qabaq yola qoyardım da! Üstəlik də ən böyük münsif mənim vicdanımdır! Nə “Bineli modu” var məndə, nə də “vermək” istəyi, gözə pis görünməyimin dərdindən heç harda işləmirəm də - kimsə məndən işverənlik etməsin! O ayrı söhbətdi ki, yoxmu bu ölkədə, verilsə belə, imtina edən? Elə hamıya Habil Əliyevin Ədalət Şükürova dediyini demək olmur axı, onlar verdilər, verdilər, sən niyə götürdün? Mən deyirəm, var!
Azərbaycanda ümumiyyətlə mükafatdan imtina mədəniyyəti var: onu da naxçıvanlı şair edib və şeirə çevirib. Ona deyəndə ki, Heydər Əliyevin əleyhinə yaz, verək, götürüb yazıb:
Yüz il hakim olsan, öz mənliyimə,
Mən səndən mükafat uman deyiləm!
İmzan ləkə olar ləyaqətimə,
Dağam mən, dağdakı duman deyiləm!
Hüseyn Razi olub adı.
Amma indi Elçibəyin yanında olub Elçibəyin əleyhinə yazmaqla o qədər veriləni alan “verən” var ki!
Ancaq... ümid edirəm ki, bu ölkədə... Xaliq Bahadıra, Rövşən Hacıbəyliyə, Pərviz Cəbrayıla nəsə təklif eləsələr, imtina edər!
Xaliq Bahadıra şəxsən Heydər Əliyev zəng açıb, təklif edib!
Qəbul etməyib Xaliq bəy!
Rövşən Hacıbəyliyə də müxtəlif yollarla təkliflər olub – qəbul etməyib. Ona təklif olunanları qəbul edənlər indi Amerikada, Fransada kef çəkir!
Pərviz Cəbrayıla təklif olunan... evdən imtina edib!
Mən “al-ver” edənlərin nədənsə imtinasından danışmıram, mükafat kimi təqdim olunanlardan söz açdım!
P.S. Çox obyektivlik dozası görünür yazıdan, haqlı olaraq sual verilə bilər: bəs həbsdə olan jurnalistlərdən niyə yazmırsan? Qısa deyirəm: mənə fərq etmir, Əhməd İsmayılovdan pul alıb guya mübarizə aparanla Qənimət Zahiddən pul alıb həqiqətən mübarizə aparanın. Tərəf olan jurnalist mənim orbitimdə olmayıb, olmayacaq da!
P.P.S. Həsən bəylə Park Masallıda qiyabi “mətbuat banketi”nə bir xeyli imza gəlmişdi. Ömər Faiq Nemanzadə, Məhəmməd ağa Şahtaxtinski, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzə Cəlil. Mirzə Ələkbər Sabir Amerikada, Klivlenddə klinikadaydı, vatsapla “görüntülü” danışdı, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə və b... Mənə bir yapon viskisi bağışlamışdılar. Belə qərara gəldik ki, hər ili bir qurtumla icmallayaq. Həsən bəy 32-ci badədə, Mirzə Ələkbər Sabir 36-cı badədə, Mirzə Cəlil 58-ci badədə, Üzeyir bəy 70-ci badədə qeybə çəkildilər. Mən elə kondinsiyalı vəziyyətdə onlarla vura-vura, vuruşa-vuruşa gəlib 150-ci badəyə-qurtuma çatdım. Əlimdə təltif üçün adlar yazılmış vərəqi Həsən bəyin özünə imzalatdırmaq istədim! Ki... bu imzalara əməkdar jurnalist adı versin!
Bir də onda ayıldım ki... Həsən bəy məni silkələyir, birtəhər özümə gəldim. Güc-bəla anışdırdım dediyini:
- Dədə, nə mən mətbuatlıq iş görmüşəm, nə də indi mətbuatlıq iş var, sən elə düz tapmısan, “Bineli modu” ağdamlının at almaqlığıdır. Təltif, ad, medal “kəbin üzüyü”dür. Gördünsə ki, kimsə öz xidmətlərindən başladı danışmağa, bil ki, ürəyindən "vermək" keçir – sənin intuisiyan doğrudur! Tanrı Müəllimə ÖYRƏTMƏNliyi, Həkimə LOĞMANLIĞI, Yazara Söz demək qabiliyyətini TƏMƏNNALI və muzdla verməyib! Ki... sən də onun yanına qayıdanda tökəsən qabağına ki, al borcunu!
Tanrı heç nəyi sənə təmənnalı və borca verməyib, ona görə sənə verilənin kim tərəfindən və niyə verildiyini tanı, anla, O-na qaytar yox e, Ona qayıt!
ƏLQƏRƏZ... Bir var Tanrı üçün Söz demək, Tanrı Sözünü demək, bir də var MŞ, KİVDF-MEDİA sözünü demək.
Hər kəsə tutduğu yolda uğurlar arzu edirəm!
Bu gün ölkə mətbuatı və jurnalistləri MŞ, KİVDF-MEDİA sözünü deyir, ondan kənarda deyilənlər legitim sayılmır, ya da...
Nəyi bayram edirsinizsə, o bayramınız mübarək! Mən 150 il üçün 150 sifət gördüm 150 dərəcə və dərəcəli.
Oxunub: 193
Xəbəri paylaş
Paylaş: