Ukrayna məhkəməsindən deputat Valuyevə qiyabi hökm: 15 il azadlıqdan məhrum edilsin

Rusiya Dövlət Dumasının deputatları, məşhur bokçu Nikolay Valuyev və üçqat olimpiya çempionu olan Vladislav Tretyak 15 il müddətinə azadlıqdan məhrum edilib.
Press-fakt olke.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna məhkəməsi qərar çıxarıb. Ukraynanın Xmelnitski məhkəməsi boks üzrə keçmiş dünya çempionu, Azərbaycana "dil" uzadan Nikolay Valuyev və üçqat olimpiya çempionu olan xokkeyçi Vladislav Tretyak barədə qiyabi şəkildə həbs olunması barədə məhkəmə qərarı çıxarıb. Onların hər ikisi Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə ittiham olunublar.
Məhkəmə hər iki şəxsi əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edib.
Oxunub: 22
Xəbəri paylaş
Paylaş: