MOSKVADA AZƏRBAYCANLI İŞ ADAMININ OFİSİNƏ BASQIN OLDU - Məşhur oliqarxın oğludur /FOTO
Rusiyada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus “Railgo” şirkətinin ofisində axtarışlara başlanılıb.
Press-fakt xəbər verir ki, səhər saatlarında şirkətin Moskvanın Lujniki rayonundakı ofisinə xüsusi təyinatlılar və müstəntiqlər gələrək sənədləri müsadirə edib.
Onlar həmçinin, əməkdaşların binanı tərk etməsinə də icazə verməyib.
Qeyd edək ki, sözügedən şirkət Qara dəniz vasitəsilə neft və neft məhsullarının daşınmasını həyata keçirir. “Railgo”nun daşıdığı neftin bir qismi də Azərbaycana məxsusdur.
Rəhman Xəlilov “ISR Holding”in sahibi, milyarder İskəndər Xəlilovun oğludur. O, 1977-ci ildə Bakıda anadan olub. Rəhman Xəlilov iş adamı və xeyriyyəçidir. 2014-cü ildə Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan milli komandasının bayraqdarı olub.

Hadisənin detalları və axtarışların səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib.
Ancaq bu hadisə Rusiya-Azərbaycan iqtisadi münasibətləri fonunda diqqət çəkir. Rusiya ərazisində fəaliyyət göstərən azərbaycanlı iş adamlarrının və onların ailə üzvlərinin hədəf alınması tendensiyası xüsusilə son dövrlərdə intensivləşməkdədir. “Railgo” şirkətinə yönəlik bu əməliyyatın motivləri hələlik açıqlanmasa da, ekspertlər bunu həm daxili klanlararası mübarizə, həm də xarici iqtisadi təzyiq aləti kimi qiymətləndirirlər.

Məlumat üçün qeyd edək ki, İsgəndər Xəlilov keçmişdə Rusiya siyasi dairələri ilə yaxınlığı ilə tanınan, həmçinin Azərbaycan mənşəli oliqarxlar arasında mühüm fiqurlardan biri olub. Onun oğlu Rəhmən Xəlilovun rəhbərlik etdiyi “Railgo” şirkəti regionda neft məhsullarının logistikası baxımından strateji əhəmiyyətə malik sayılır.
