Trampın xüsusi nümayəndəsi: “ABŞ Ukrayna və Rusiya arasında sülh razılaşmasına nail olacaq”

ABŞ Ukrayna və Rusiya arasında sülh razılaşmasına nail olacaq.
Bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff “Fox News” telekanalına müsahibəsində deyib.
Uitkoff ABŞ liderinin gəlini Lara Trampa açıqlamasında bildirib:
“Biz Rusiya ilə Ukrayna arasındakı məsələni həll edəcəyik və sülh sazişi bağlayacağıq, çünki belə bir razılaşma olmalıdır. Prezident haqlıdır, bu müharibə heç vaxt başlamamalı idi. Düşünürəm ki, biz həll yoluna gələcəyik və ümid edirəm ki, bu, dönüş nöqtəsi olacaq”.
O vurğulayıb ki, Ukraynada müharibəyə son qoymaq onun başlıca məqsədidir.
Press-fakt
Oxunub: 14
Xəbəri paylaş
Paylaş: