ABŞ-da koronavirusa yoluxanların sayı 6 milyonu keçdi -
ölənlərin sayı 183 min 677 nəfərə çatıb
ABŞ-da ötən sutka ərzində 44 min 637 nəfər koronavirusa yoluxub, 1289 nəfər isə xəstəlik səbəbindən dünyasını dəyişib.
Globall.az bildirir ki, məlumatı pandemiyanın statistikasını aparan “Worldometer” saytı yayıb.
Bildirilir ki, bununla da ölkədə COVID-19 infeksiyasına yoluxan insanların sayı 6 milyon 1 min 103 nəfərə, koronavirus səbəbindən ölənlərin sayı isə 183 min 677 nəfərə çatıb. 3 milyon 314 min 664 nəfər sağalıb. Müalicəsi davam edən 2 milyon 502 min 762 xəstədən 16 min 378 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Xatırladaq ki, ABŞ həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada birinci yerdədir.
Oxunub: 602
Xəbəri paylaş
Paylaş: