1 Avqust - Azərbaycan Dili Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Dünyanın ən zəngin dillərindən biri olan Azərbaycan dili xalqımızın milli kimliyinin, düşüncə tərzinin, mənəviyyatının əsasını təşkil edir. Tarixin ağır sınaqlarından çıxmış ana dilimizin kökləri minilliklərə gedib çıxır.
Hələ sovet imperiyasının milli dilləri sıxışdırdığı, rus dilini hegemon dil etdiyi bir zamanda Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin hüquqlarını qorumaq uğrunda apardığı mübarizə əsl qəhrəmanlıq nümunəsidir. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsi, o dövrün siyasi reallıqları fonunda tarixi və cəsarətli bir addım idi. Bu təşəbbüs milli iradənin ifadəsi, xalqın ruhunun təntənəsi idi. Bu, Ulu Öndərin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri idi.
Ulu Öndərin rəsmi tədbirlərdə Azərbaycan dilində çıxış etməsi, ziyalılara dəstək verməsi, ana dilində yazıb-yaradan yazıçı və şairlərə dəstəyi onun ana dilinə verdiyi dəyərin sübutudur. Azərbaycan məktəblərinin, ali təhsil ocaqlarının, ədəbiyyat və mətbuat orqanlarının inkişafına göstərilən diqqət dil siyasətinin sistemli və ardıcıl aparıldığının göstəricisidir. Azərbaycanın böyük yazıçıları öz əsərlərini dogma dilimizdə yazmaqla bu dili bizə daha da sevdirirdilər. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi. Bu, xalqın əzmi ilə təsdiqlənmiş milli iradənin təzahürü idi. 2001-ci ildə latın qrafikalı əlifbaya keçid və 1 avqust tarixinin Ana dili və Əlifba Günü kimi qeyd olunması isə dil siyasətinin ideoloji və praktik davamıdır. 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edildi. Bu isə dilimizin hüquqi statusunu nizamlayırdı.
Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bunun nəticəsidir ki, 2018-ci il “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı dilin inkişafı və qorunması istiqamətində yeni bir addım oldu. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir”.