Azərbaycanın ümumi dövlət borcunun həcmi açıqlanıb: 25 MILYARD 695,6 MILYON MANAT
Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 695,6 milyon manat təşkil edib.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Bu isə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 19,6 faizinə bərabərdir. Ümumi dövlət borcunun 8.518,2 milyon manatı (5.010,7 milyon ABŞ dolları) və ya 33,2 faizi xarici dövlət borcunun, 17.177,4 milyon manatı və ya 66,8 faizi daxili dövlət borcunun payına düşür.
Oxunub: 15
Xəbəri paylaş
Paylaş: