Ermənistanda koronavirusdan daha 5 nəfər öldü - Ölənlərin sayı 869 nəfərə çatdı

Ermənistanda son sutka ərzində daha 181 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 43 min 451-ə çatıb.
Məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, göstərilən müddətdə həm də 5 xəstə ölüb və infeksiyadan həyatını itirənlərin sayı 869 nəfər olub.
İndiyədək 37 min 264 xəstə sağalıb.
Hazırda Ermənistanda 5 052 aktiv koronavirus xəstəsi var.
Globall.az
Oxunub: 380
Xəbəri paylaş
Paylaş: