Hakan Fidan HƏMAS-ın sədri Məhəmməd Dərvişlə görüşüb
Xarici işlər naziri Hakan Fidan Həmas Şurasının sədri Məhəmməd Dərvişlə görüşündə İsrailin Qəzzalıları öz torpaqlarından çıxarmaq və İordan çayının qərb sahilini ilhaq etmək istiqamətində atdığı addımların tamamilə qəbuledilməz olduğunu bildirib.
Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, nazir Fidan İstanbulda Dərvişin rəhbərlik etdiyi Həmas heyəti ilə görüşüb.
Həmas heyəti Qəzzaya buraxılan humanitar yardımın həcminin ehtiyacları ödəməkdən uzaq olduğuna və İsrailin atəşkəs danışıqlarında güzəştsiz mövqe tutduğuna diqqət çəkib.
Fidan da İsrailin Qəzza xalqını aclığa məhkum edərək soyqırım siyasətini davam etdirdiyini və bu yanaşmanın Benyamin Netanyahu hökumətinin atəşkəsə nail olmaqda ciddi olmadığını nümayiş etdirdiyini bildirib.
Fidan vurğulayıb ki, İsrail atəşkəs danışıqlarını uzatmaqla Qəzza xalqının müqavimətini qırmaq və bununla da onları vətənlərini tərk etməyə məcbur etməkdir. O qeyd edib ki, İsrailin Qəzza xalqını öz torpaqlarından qovmaq və İordan çayının qərb sahilini ilhaq etmək istiqamətində atdığı addımlar tamamilə qəbuledilməzdir.
Pess-fakt