HƏMAS müstəqil Fələstin dövləti qurulmayana qədər silahı yerə qoymayacaq
Həmas müstəqil Fələstin dövləti qurulmayana qədər silahı yerə qoymayacağını bəyan edib.
Bu barədə Report “Al Arabia”ya istinadən xəbər verir.
“Silahlı müqavimət milli hüquqlarımızın tam bərpası olmadan, ilk növbədə paytaxtı Qüds olan müstəqil, tam suveren Fələstin dövlətinin yaradılması olmadan bitə bilməz”, - Fələstinin silahlı qruplaşmasının bəyanatında deyilir.
Xatırladaq ki, HƏMAS və İsrail arasında Qəzzada 60 günlük atəşkəsə nail olmaq və girovların azad edilməsinə dair razılaşma əldə etmək məqsədi daşıyan dolayı danışıqlar ötən həftə dalana dirənib.
Press-fakt
Oxunub: 6
Xəbəri paylaş
Paylaş: