İran və Pakistan arasında TARİXİ RAZILAŞMA: 12 mühüm sənəd İMZALANDI
Xəbər verdiyimiz kimi, İran prezidenti Məsud Pezeşkian vəzifəyə başladıqdan sonra ilk rəsmi səfəri çərçivəsində Pakistana gedib.
SNN.ir xəbər verir ki, səfər zamanı o, Pakistanın baş naziri Şahbaz Şərif və xarici işlər naziri İshaq Dar da daxil olmaqla ölkə rəhbərliyi ilə görüşlər keçirib.
Rəsmi görüşlərin ardından iki ölkənin nümayəndə heyətlərinin birgə iclası təşkil olunub. Görüş nəticəsində ticarət, sənaye və nəqliyyat başda olmaqla müxtəlif sahələrdə əməkdaşlığa dair 12 sənəd imzalanıb.
Görüşdən sonra Pezeşkian və Şərifin birgə mətbuat konfransı keçirilib.
Pakistanın baş naziri bildirib ki, qısa müddətdə iki ölkə arasında ticarət dövriyyəsini hazırkı 3 milyard dollardan 10 milyard dollara çatdırmaq mümkündür.
Şahbaz Şərif çıxışı zamanı terrorizmlə mübarizənin iki ölkə üçün ortaq prioritet olduğunu vurğulayıb. O, həmçinin 12 günlük müharibə zamanı İsrailin İrana hücumlarını qınayıb və Tehranın “dinc nüvə proqramına sahib olmaq haqqını” müdafiə edib.
Press-fakt