İsrail Qəzzada Fələstin Qızıl Ayparasını bombaladı
İsrail ordusu Fələstin Qızıl Aypara Cəmiyyətinin Xan Yunisdəki qərargahını bombalayıb.
Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, birbaşa əməkdaşların yerləşdiyi ərazini hədəf alan hücum nəticəsində bir Qızıl Aypara işçisi həlak olub, üç nəfər yaralanıb.
Partlayışdan sonra binada yanğın baş verib.
Bildirək ki, 7 oktyabr 2023-cü il tarixindən etibarən İsrail ordusu Qəzzada bir sıra şiddətli hücumlara başlayıb, onlarla xəstəxana və səhiyyə obyektini bombalayıb, basqın edib və ya dağıdıb, humanitar fəlakətə səbəb olub.
Hücumlarda onlarla tibb işçisi həyatını itirib, bir çox xəstəxana və səhiyyə müəssisəsi tamamilə xidmətdən çıxıb.
Qəzzadakı fələstinlilər deyirlər ki, İsrail “həyatı yaşanmaz hala gətirmək üçün” səhiyyə sistemini hədəfə alır.
Press-fakt