Bu ölkə Ukrayna müharibəsinin sponsorudur - Ağ Evdən SƏRT AÇIQLAMA

Hindistan Rusiya neftini tədarük etməklə Ukraynadakı münaqişənin sponsorudur.
“Fox Business” telekanalı xəbər verir ki, bunu Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller deyib. O bu sözləri ABŞ prezidenti Donald Trampın fikrinə istinadən ifadə edib.
“Tramp Hindistanın Rusiyadan neft almaqla bu müharibəni maliyyələşdirməsinin qəbuledilməz olduğunu açıqlayıb", - deyə Miller vurğulayıb.
Miller qeyd edib ki, ABŞ Rusiyanın enerji resurslarının idxalının qarşısını almaq üçün Yeni Dehliyə təsir etmək üçün müxtəlif variantlardan istifadə edə bilər. Onların arasında o, diplomatik, maliyyə və digər vasitələri misal çəkib.
Qeyd edək ki, maliyyə analitiklərinin hesabatına görə, Hindistan Rusiya neftinin tədarükünü dayandırarsa, milyardlarla dollar itirə bilər./publika.az