"Bakı Metropoliteni"ndə rəislər işdən çıxarıldı - 4 ay əvvəl təyin edilmişdilər
"Bakı Metropoliteni" Qapalı Səhimdar Cəmiyyətində (QSC) iki departament rəisi vəzifəsindən azad edilib.
QSC-nin Maliyyə departamentinin rəisi Asəf İsgəndərli və Təchizat Departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıb.
Onlar naməlum səbəblərdən "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə vəzifələrindən azad ediliblər.
Qeyd edək ki, müxtəlif dövlət və özəl qurumlarda çalışmış Asəf İsgəndərli və Tərlan Həsənli bu ili mart ayında sözügedən vəzifəyə təyin olunmuşdular.
Məsələ ilə bağlı "Bakı Metropoliteni"QSC-yə sorğu ünvanlasaq da xəbər nə təsdiq, nə dəki inkar edilməyib./qaynarinfo
Oxunub: 14
Xəbəri paylaş
Paylaş: