“Krokus Siti Hol” terrorunun məhkəməsi başlayır - 19 nəfər mühakimə olunur
Avqustun 5-də Moskvada, “Krokus Siti Hol” konsert zalında baş vermiş qanlı terror aktı ilə bağlı məhkəmə prosesi başlayacaq.
Hadisə 2024-cü il martın 22-də məşhur “Piknik” qrupunun çıxışı zamanı törədilmişdi və nəticədə 149 nəfər həlak olmuş, 609 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışdı.
Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı istintaqın başa çatdığını açıqlamışdı. Məhkəmə qarşısına çıxarılan 19 nəfərə hücumun təşkilində və icrasında iştirak etmək, eləcə də icraçılara yardım göstərmək ittihamı irəli sürülüb. Onların arasında hücum iştirakçılarına kirayə mənzil təqdim edən şəxslər də var.
İstintaqın versiyasına görə, hücumu Tacikistan vətəndaşı olan 4 nəfər həyata keçirib. Onlar hadisədən bir gün sonra saxlanılıb. Hücumla bağlı yayılan ilk görüntülər və məhkəmə kadrlarında şübhəlilərin üzərində işgəncə izləri də görünmüş, bu isə ictimaiyyətdə geniş rezonansa səbəb olmuşdu.
Rusiya tərəfi rəsmi olaraq hücumun arxasında “İslam Dövləti” (İŞİD) qruplaşmasının dayandığını bildirir. Lakin bununla yanaşı, “Ukrayna izi”nin də araşdırıldığı açıqlanıb. Qeyd edək ki, bu versiya Rusiya rəsmiləri tərəfindən hələ də tam istisna olunmayıb.
Press-fakt