PUTİNİN "GİZLİ QIZI" SƏSSİZLİYİNİ POZDU...- Atasını hədəf alan mesaj verdi
Rusiya Prezidenti Vladimir Putinin “gizli qızı” olduğu iddia edilən Elizaveta Krivonogix sosial mediada etdiyi diqqətçəkən paylaşımlarla gündəmə gəlib.
O, sosial media hesabından etdiyi paylaşımda yazıb: "Üzümü yenidən dünyaya göstərə bilmək azadlıq hissi yaradır. Bu, mənə kim olduğumu və həyatımı kimin məhv etdiyini xatırladır".
Bu sözlərdə konkret ad çəkilməsə də, beynəlxalq media bu mesajların Rusiya Prezidenti Vladimir Putinə ünvanlandığını ehtimal edir.
Almaniyanın "Bild" qəzeti və İngiltərənin "Daily Mai"l nəşri Krivonogixin paylaşımlarını “Putinin kölgə qızı maskasını çıxardı” başlıqları ilə manşetə çıxarıb.
Hazırda Parisdə yaşayan və sənətlə məşğul olan Krivonogix paylaşımında “milyonların həyatını əlindən alan, mənim də həyatımı məhv edən adam” sözlərini işlədib. O, ad çəkməsə də, beynəlxalq medianın qənaətinə görə bu açıqlamanın hədəfi Vladimir Putindir.
Elizaveta Krivonogixin 2003-cü ildə Sankt-Peterburqda anadan olduğu və anasının Putinin keçmiş xidmətçisi Svetlana Krivonogix oduğu iddia edilir. 2021-ci ildə müstəqil “Proekt” media qurumu Svetlananın sərvətinə dair apardığı araşdırmada onun Putinlə əlaqəli olduğunu irəli sürmüşdü. Hətta Elizavetanın Putinə “sirli bənzərliyi” olduğu iddia olunub. Kremlin isə bu iddiaları “əsassız və inandırıcı deyil” deyərək rədd etdiyi bildirilir.
Rus rəssam Nastya Rodionovanın sözlərinə görə, Krivonogix hazırda Parisdə müharibə əleyhinə fəaliyyət göstərən iki sənət qalereyasında menecer kimi çalışır. “New York Post” yazır ki, Elizavetanın doğum şəhadətnaməsində atası qeyd olunmayıb, lakin onun ortaq adı olan “Vladimirovna” Putinə işarə edir.
Krivonogixin istifadə etdiyi “Rudnova” təxəllüsünün də Putinə yaxın olmuş, 2015-ci ildə vəfat edən iş adamı Oleq Rudnovla bağlılığı olduğu irəli sürülür.
2021-ci ildə yayımlanan bir audio müsahibədə Elizavetaya “Putinin qızısan?” sualı verilsə də, o, birbaşa cavab verməyib. Fiziki bənzərlik iddialarına isə “Bir çox insanda oxşar fiziki cizgilər var” deməklə kifayətlənib.