Əliyevlə Paşinyan Vaşinqtonda imza atacaqlar: amma sülh sazişinə yox - Detallar açıqlandı

Cümə günü Vaşinqtonda Azərbaycan və Ermənistanın sülhə nail olmağa söz verən anlaşma memorandumu imzalayacağı gözlənilir .
Bu barədə vəziyyətlə tanış olan regional mənbələr “Middle East Eye”a bildiriblər.
“ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Ağ Evdə imzalama mərasimi üçün qəbul edəcək”, - mənbələr bildiriblər.
Mənbələr əlavə edib ki, liderlər çox güman ki, sülh sazişi layihəsi deyil, “niyyət sənədi” imzalayacaq və bu, Trampa keçən aydan bəri bölgədə axtardığı diplomatik nailiyyəti verəcək.
Bildirilir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bazar ertəsi türkiyəli həmkarı Hakan Fidana zəng edərək sammit barədə məlumat verib. Türkiyə Xarici İşlər Nazirliyi Fidanın Bayramovla ikitərəfli və regional məsələləri müzakirə etdiyini təsdiqləyib.