Əli Laricani İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi təyin edilib
İran Prezidenti Məsud Pezeşkian Əli Laricanini İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi vəzifəsinə təyin edib.
"Report" İRNA-ya istinadən xəbər verir ki, prezident bu barədə müvafiq sərəncam imzalayıb.
Xatırladaq ki, Əli Laricani bundan əvvəl İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xaməneinin müşaviri vəzifəsini tutub.
Oxunub: 9
Xəbəri paylaş
Paylaş: