Epşteyn işi ilə bağlı sabiq məmurlar dindirməyə çağrıldı
ABŞ Konqresi ictimai rezonans doğuran Epşteyn işi üzrə ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton və keçmiş Prezident Bill Klintonu, eləcə də FTB və Ədliyyə Departamentinin keçmiş rəhbərlərini dindirməyə çağırıb.
TASS xəbər verir ki, istintaqa çağırış vərəqələrinin göndərildiyi sabiq yüksək vəzifəli şəxslərin siyahısında FTB rəhbərləri Ceyms Komi və Robert Müllerin, əvvəlki baş prokurorlar Loretta Linç, Erik Holder, Uilyam Barr, Ceff Seşns, Alberto Qonsales və Merrik Qarlandın da adı var.
Bundan əlavə, Ədliyyə Departamentindən avqustun 19-dək Epşteyn işi ilə bağlı bütün materialları, o cümlədən ABŞ-nin keçmiş Prezidenti Co Bayden administrasiyası ilə yazışmaları Komitəyə təqdim etmələri tələb olunur.
Məlumata görə, Epşteyn işi ilə bağlı sabiq dövlət məmurlarının dindirilməsi avqustun 18-də başlayacaq və oktyabrın ortalarına qədər davam edəcək.
Qeyd edək ki, milyarder cinsi cinayətkar Cefri Epşteyn işi ilə bağlı araşdırma çərçivəsində çoxsaylı sabiq yüksək vəzifəli şəxslərin adları hallanır.
O, yetkinlik yaşına çatmayan qız uşaqlarını və çox sayda insanı cinsi istismarda və seks məqsədli insan qaçaqçılığı etməkdə ittiham olunurdu.
Epşteynin həbsxanda intiharından sonra onun digər vəzifəli və məşhur şəxslərin adlarının ortaya çıxması üçün öldürüldüyünə dair məlumatlar səslənməyə başladı.
Press-fakt