"Putinlə görüşdə böyük irəliləyiş əldə olunub"- Tramp
“Xüsusi nümayəndə Stiv Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə görüşü çox məhsuldar olub və böyük irəliləyiş əldə olunub”.
ABŞ lideri Donald Tramp özünün “Truth Social” hesabında Moskvada aparılan danışıqları belə şərh edib.
Tramp həmçinin Avropa müttəfiqlərini danışıqlarla bağlı məlumatlandırdığını bildirib: “Hamı razılaşır ki, bu müharibənin sona çatması lazımdır. Biz qarşıdakı günlərdə və həftələrdə bunun üçün çalışacağıq. Bu məsələyə diqqətinizə görə təşəkkür edirik”!
Oxunub: 4
Xəbəri paylaş
Paylaş: