TRAMP GƏLƏN HƏFTƏ PUTİNLƏ GÖRÜŞƏCƏK - Ardınca Zelenski ilə üçtərəfli görüş gözlənilir
ABŞ Prezidenti Donald Tramp gələn həftə rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır.
Bu barədə “The New York Times” öz mənbələrinə istinadən yazıb.
Nəşrin məlumatına görə, Tramp ilk mərhələdə Putinlə təkbətək danışıqlar aparmağı planlaşdırır. Daha sonra isə Ukrayna Prezidenti Vladimir Zelenskinin də qatılacağı üçtərəfli görüşün təşkili nəzərdə tutulur.
Məlumatda bildirilir ki, Tramp çərşənbə günü Avropa liderləri və Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı planlarını açıqlayıb. Söhbətə, həmçinin Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mers, NATO-nun Baş katibi Mark Rutte, həmçinin ABŞ-nin vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff da daxil olub.
Görüşlərin məqsədi barədə hələlik rəsmi açıqlama verilməyib. Lakin müşahidəçilər Trampın bu təşəbbüsünü Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla həllinə yönəlmiş yeni cəhd kimi qiymətləndirirlər.
Trampın Uitkofun Putinlə ğörüşünün yekunlarına və əldə olunan razılaşmaya dair bəyanatla çıxış edəcəyi də gözlənir.
Press-fakt