"Rusiya indi atəşkəsə daha çox meyillidir"- Zelenski
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar zamanı Rusiya indi Ukrayna ilə atəşkəs əldə etməyə daha çox meyilli olduğunu göstərib.
“RBC-Ukrayna” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
O, Uitkoffun Moskvaya səfərindən sonra ABŞ Prezidenti Donald Trampla danışdığını xatırladıb.
“Biz Moskvada deyilənləri müzakirə etdik. Belə görünür ki, Rusiya indi atəşkəsə daha çox meyillidir. Onlara təzyiqlər işləyir. Amma əsas odur ki, bizi aldatmasınlar”, - Zelenski vurğulayıb.
Həmçinin, prezidentin sözlərinə görə, Ukrayna tərəfdaşlarına ümumi mövqe və ümumi baxışı əlaqələndirmək üçün yaxın vaxtlarda təhlükəsizlik üzrə müşavirlərin görüşünü keçirməyi təklif edib.
Press-fakt
Oxunub: 8
Xəbəri paylaş
Paylaş: