“Bu hücumlar dayandırılmalıdır...” - ABŞ Rusiyanın Azərbaycana qarşı təxribatını pislədi
ABŞ Dövlət Departamenti Rusiyanın Azərbaycan qazının keçdiyi Ukrayna qaz kəməri obyektinə raket hücumunu pisləyib.
Departament bu cür hərəkətləri qəbuledilməz adlandırıb və Moskvanı mülki infrastruktura hücumları dayandırmağa çağırıb.
Dövlət Departamentinin sözçüsü deyib ki, Rusiya bu hərəkətləri dərhal dayandırmalıdır.
“Donald Tramp bu müharibənin məhz dağıdıcı insan tələfatlarını nəzərə alaraq sülhə can atır”, - deyə, bildirib.
Xatırladaq ki, avqustun 6-na keçən gecə Rusiya hərbçiləri Odessada Ukraynaya təbii qaz nəqli üçün şaxələndirilmiş marşrutu təmin edən obyektə hücum ediblər. Ukrayna Energetika Nazirliyinin məlumatına görə, hücum yalnız mülki enerji infrastrukturuna və eyni zamanda Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşlarla münasibətlərə, ukraynalıların və bütün avropalıların normal həyatına qarşı yönəlib.
Press-fakt