"ABŞ yeni zərbə endirə bilər"- Tramp yenidən İranı hədələdi
ABŞ Prezidenti Donald Tramp bu gün səhər saatlarında İrana növbəti dəfə xəbərdarlıq edib.
O bildirib ki, əgər Tehran nüvə proqramını bərpa etməyə çalışarsa, ABŞ tərəfindən yeni hərbi zərbə endirilə bilər.
Tramp ABŞ Hərbi Hava Qüvvələrinin yeni B-2 bombardmançılarını sifariş etdiyini də açıqlayıb. Onun sözlərinə görə, bu tədbirlər İranın mümkün təxribatlarına qarşı qabaqlayıcı addım kimi qiymətləndirilir.
Maraqlıdır ki, bu bəyanat İran və İsrail arasında elan olunmuş kövrək atəşkəsdən yalnız bir neçə həftə sonra səslənib.
Press-fakt
Oxunub: 13
Xəbəri paylaş
Paylaş: