Niyazi Bayramov Gəncə sakinləri ilə görüşdü - Fotolar
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər sakinləri ilə növbəti dəfə səyyar görüş keçirib
Press-fakt xəbər verir ki, İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada keçirilən görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatlar rəhbərləri iştirak ediblər.
Qəbul zamanı sakinlər tərəfindən əsasən işlə təminat, maddi yardım və digər sosial məsələlərə dair müraciətlər səsləndirilib. Niyazi Bayramov sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunauyğun şəkildə həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq həll olunması üçün qeydiyyata alınıb.






Oxunub: 11
Xəbəri paylaş
Paylaş: