Suriyanın gələcəyi regional tərəfdaşların əlindədir - ABŞ rəsmisi
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barak, Dəməşq Beynəlxalq Hava Limanının bərpası və yeni obyektlərin inşası üçün yaradılan konsorsiuma Qətərin UCC eləcə də Türkiyənin Cengiz və Kalyon şirkətlər qruplarının daxil olduğunu açıqlayıb.
Barak bildirib ki, Suriyanın sülh və rifah yolu regional tərəfdaşlarla birgə formalaşacaq.
Diplomat bu fikirləri Dəməşqdə təşkil olunan imzalanma mərasimində iştirak etdikdən sonra “X” sosial media platformasında yayımladığı paylaşımda səsləndirib.
Barak paylaşımında qeyd edib:
"Çiçəklənən və sülhsevər Suriyanın gələcəyi Suriyanın və onun yeni Dəməşq Beynəlxalq Hava Limanının inşa-işlət-transfer layihəsini qazanan Qətərin UCC və Türkiyənin Cengiz və Kalyon qrupları kimi regional tərəfdaşlarının əlindədir".
Press-fakt