Ağ Evdə görüşlərin proqramı açıqlandı - Üçtərəfli imzalanma mərasimi keçiriləcək
ABŞ Prezidenti Donald Tramp cümə günü Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevlə görüşəcək. Görüşlərdən sonra tərəflərin iştirakı ilə üçtərəfli imzalanma mərasimi nəzərdə tutulur.
Ağ Evin açıqladığı rəsmi cədvələ əsasən, Tramp saat 14:30-da Paşinyanı qarşılayacaq. Saat 14:35-də ikitərəfli görüş, 15:05-də isə imzalanma mərasimi keçiriləcək.
Daha sonra saat 15:10-da İlham Əliyevlə salamlaşma mərasimi baş tutacaq. 15:15-də ikitərəfli görüş keçiriləcək, 15:45-də isə imzalanma mərasimi nəzərdə tutulur.
Günün yekununda, saat 16:15-də Ağ Evdə hər iki liderin iştirakı ilə üçtərəfli imzalanma mərasimi reallaşacaq.
Press-fakt
Oxunub: 15
Xəbəri paylaş
Paylaş: