Katolikos II Qaregin də ABŞ-a gedib
Bütün ermənilərin katolikosu II Qaregin bu gün ABŞ-yə birhəftəlik səfərə yola düşüb.
Ermənistan mediası xəbər verir ki, bu barədə Eçmiədzin kilsəsinin dəftərxanası məlumat yayıb.
"Katolikos Erməni Apostol Kilsəsinin Şərqi Amerika yeparxiyasını ziyarət edəcək, yeparxiyanın başçısı, ruhanilərin nümayəndələri və Eçmiədzinin xeyriyyəçiləri ilə görüşlər keçirərək həyata keçirilən layihə və proqramları müzakirə edəcək", - məlumatda bildirilib./report
Oxunub: 11
Xəbəri paylaş
Paylaş: