Tarixdə NADİR ŞƏXSLƏRƏ təqdim olunan RƏMZİ AÇAR: Trampın İlham Əliyevə MESAJI NƏDİR?
ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevə Ağ Evin rəmzi açarını təqdim etməsi diplomatiya tarixində xüsusi məna daşıyan nadir hadisələrdən biridir.
Ağ Evin rəmzi açarı yüksək etimadın və dostluğun ifadəsi hesab olunur.
Tarixdə bu açar çox az şəxsə verilib. Məsələn, Donald Tramp bu simvolik hədiyyəni daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahuya və "SpaceX" şirkətinin rəhbəri İlon Maska təqdim edib.
Rəsmi Vaşinqton bu jesti tərəflər arasında strateji tərəfdaşlıq münasibətlərinin və şəxsi hörmətin ifadəsi kimi qiymətləndirir. Azərbaycan Prezidentinə təqdim olunan açar da ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin rəmzi hesab olunur. Sadə dillə desək, bu açar, əslində, qapı açmır, ürəkləri və münasibətləri açan bir simvoldur.
Xatırladaq ki, Ağ Evin rəmzi açarı İlham Əliyevə Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumu imzalandıqdan sonra Donald Tramp tərəfindən təqdim edilib. ABŞ lideri təqdimetmə zamanı: "Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm", - deyə bildirib./oxu.az