Fransa razılaşmanı alqışladı, Minsk Qrupunun ləğvini dəstəklədi
Fransa ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri arasında Vaşinqtonda əldə olunan razılaşmanı alqışlayıb və tərəflərin ATƏT-in Minsk Qrupunun strukturlarını ləğv etməyə başlamaq çağırışına qoşulub.
Fransa Xarici İşlər Nazirliyi bəyan edib ki, münasibətlərin normallaşması və sülh müqaviləsinin tezliklə imzalanması Cənubi Qafqazın sülh və firavanlıq məkanına çevrilməsi istiqamətində mühüm addım olmalıdır.
Fransa tərəfi həmçinin qeyd edib ki, sazişlər 1991-ci il Almatı Bəyannaməsi prinsipləri əsasında regional əlaqəyə, sərhədlərin açılmasına və dövlətlərin suverenliyinin möhkəmləndirilməsinə töhfə verir.
Press-fakt
Oxunub: 19
Xəbəri paylaş
Paylaş: