SON DƏQİQƏ: Ukrayna bu əraziləri işğaldan azad etdi - FOTO

Ukrayna Müdafiə Qüvvələri Sumı vilayətinin Bezsalovka kəndini Rusiya işğalçılarından tam azad edib və təmizləyib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Əməliyyatda 33-cü hücum polkunun və 24-cü hücum batalyonunun bölmələri iştirak edib. Döyüşlər zamanı 18 rus işğalçısı məhv edilib.
Ukrayna Silahlı Qüvvələri düşməni məhv etməyə davam edir və dövlətimiz üçün ədalətli sülhü yaxınlaşdırır”, — deyə Baş Qərargahın açıqlamasında bildirilir.
Oxunub: 12
Xəbəri paylaş
Paylaş: