Çində yeni virus: Bir həftə ərzində 1300-dən çox yoluxma
Çinin Quandun əyalətində bir həftə ərzində çikunqunya virusuna 1 387 yeni yoluxma halı aşkar edilib.
Bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Regional Mərkəzin avqustun 3-dən 9-dək olan dövr üçün hesabatında bildirilib.
Yoluxanların çoxu (1 212) xəstəliyin mərkəzi olan Foşan şəhərində müəyyən edilib.
Bölgədə gücləndirilmiş profilaktik tədbirlər görülür, virus daşıyan ağcaqanadların məqsədyönlü şəkildə məhv edilməsi davam etdirilir.
Qeyd edək ki, çikunqunya virusu iyulun əvvəlində Quandun əyalətində ağcaqanadların çoxalmasına şərait yaradan isti və rütubətli havaya görə yayılmağa başlayıb.
Çinin cənubunda aşkarlanan qızdırma hallarının ümumi sayı 8 mini keçib.
Press-fakt
Oxunub: 14
Xəbəri paylaş
Paylaş: