Vəkilin 3-cü, Şəlalənin 12-ci qeyri-rəsmi nikahı olub...- Balta ilə qətlin TƏFƏRRÜATI /FOTO

Qusarın Yuxarı Tahircal kəndində baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.
Məlumata görə, qətl ailə münaqişəsi zəminində törədilib.
Araşdırma nəticəsində aydın olub ki, kənd sakini, 67 yaşlı Vəkil Əlibəyov qətlə yetirdiyi Şirin Ömərovun bacısı Şəlalə Ömərova ilə qeyri-rəsmi nikahda olub. Bu, Vəkil Əyyubovun 3-cü, Şəlalənin isə 12-ci qeyri-rəsmi evliliyi olub.
Baş nahiyəsindən çoxsaylı xəsarətlər alan 49 yaşlı Şəlalə Ömərova Qusar rayon mərkəzi xəstəxanasında ilk tibbi yardım göstərildikdən sonra Bakıya - Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərilib.
Faktı Qusar rayon prokurorluğu araşdırır.
Qeyd edək ki, Avqustun 10-da saat 05.00 radələrində Qusar rayonunda Vəkil Saday oğlu Əlibəyov qaynı 57 yaşlı Şirin Şəmsəddin oğlu Ömərovu balta ilə qətlə yetirib və 49 yaşlı Şəlalə Ömərovaya isə xəsarət yetirib./bizim media