Paşinyan Pezeşkian ilə telefon danışığı aparıb - Vaşinqton razılaşmaları müzakirə edilib
Ermənistanın Baş naziri Nikol Paşinyan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Ermənistan mətbuatı xəbər verir ki, Paşinyan İran prezidentini avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilmiş danışıqların nəticələri barədə məlumatlandırıb, Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülhün region üçün açdığı imkanları vurğulayıb.
“Paşinyan bildirib ki, regional nəqliyyat marşrutları ölkələrin ərazi bütövlüyü, suverenliyi, yurisdiksiyası prinsipləri çərçivəsində və qarşılıqlılıq əsasında fəaliyyət göstərəcək.
Baş nazir, Vaşinqton razılaşmaları ilə bağlı obyektiv qiymətləndirmələrinə görə İran prezidentinə təşəkkür edib və onun yaxın vaxtlarda Ermənistan Respublikasına planlaşdırılan səfərinin əhəmiyyətini vurğulayıb”, - KİV yazır.

Press-fakt
Oxunub: 19
Xəbəri paylaş
Paylaş: