“CÜMƏ GÜNÜ RUSİYAYA GEDİRƏM...”- Putin-Tramp görüşünün yeri dəyişdi
ABŞ Prezidenti Donald Tramp cümə günü, avqustun 15-də Rusiyada Vladimir Putinlə görüşəcəyini açıqlayıb.O, bu barədə Ağ Evdə mətbuat konfransı zamanı bildirib.
"Mən cümə günü Rusiyaya gedirəm. Putini görməyə gedirəm", - Tramp deyib.
ABŞ Prezidenti əlavə edib ki, Putin də ikitərəfli sammit üçün ABŞ-də olacaq. Onun sözlərinə görə, Alyaskadakı görüş daha çox ilkin görüş olardı.
"Bu, sınaq görüşüdür. Mən ona müharibəni bitirməsini söyləyəcəyəm, konstruktiv dialoqa ümid edirəm", - Tramp vurğulayıb.
Bundan əvvəl ABŞ Prezidenti artıq avqustun 15-də Putinlə görüşə hazırlaşdığını bildirsə də, o, bu sammitin Alyaska ştatında keçiriləcəyini bəyan edib.
Bu görüşün Alyaskada keçiriləcəyi ilə bağlı məlumatı Putinin köməkçisi Yuri Uşakov da təsdiqləyib. O vurğulayıb ki, bu görüş yeri ABŞ və Rusiyanın “yaxın qonşu” olduğunu təsdiqləyir.