Ukrayna ordusu Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiya Silahlı Qüvvələrinin 85-ci motoatıcı briqadasının komanda məntəqəsinə zərbələr endirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Teleqram kanalında məlumat yayılıb.

“Ukrayna ordusu Rusiya silahlı qüvvələrinin komanda məntəqələrini məhv etməkdə davam edir. Növbəti hədəf Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki Rusiya ordusunun 85-ci motoatıcı briqadasının komanda məntəqəsi olub. İlkin məlumatlara görə, yüksək dəqiqlikli silahlarla endirilən zərbələr nəticəsində “Dnepr” çağırış nişanlı briqada komandiri və 5 əməliyyat heyəti məhv edilib”, - deyə bildirilir.

Xəbərdə əməliyyatın nəticələri ilə bağlı daha ətraflı məlumat veriləcəyi qeyd edilir./teleqraf