Prezident Tokayev taekvondo üzrə qara kəmərə layiq görülüb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev taekvondo üzrə qara kəmərə layiq görülüb.
Qazaxıstan KİV-i xəbər verir ki, mükafatı ona Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çou təqdim edib.
Görüş zamanı Tokayev və Çou Koreya döyüş sənəti barədə fikir mübadiləsi aparıblar.
Söhbət zamanı tərəflər 14–16 avqust tarixlərində Qazaxıstan paytaxtında keçiriləcək Kazakhstan Open 2025 beynəlxalq reytinqli turnirinə (G1 kateqoriyası) də toxunublar.
Tokayev bildirib ki, qarşıdakı turnir qazax idmançılarının peşəkar inkişafı üçün yaxşı imkandır.
Görüş çərçivəsində tərəflər bir-birinə fəxri mükafatlar təqdim ediblər.
Tokayev taekvondonun inkişafına xüsusi töhfəsinə görə doqquzuncu dan qara kəmərlə təltif olunub. Dünya Taekvondo Federasiyasının rəhbəri Çunqvon Çou isə II dərəcəli “Dostıq” ordeni ilə təltif edilib.