Son dəqiqə xəbəri: ABŞ ordusu Ermənistanda təlimlərə başladı

Amerika və Ermənistan arasında “Eagle Partner 2025” hərbi təlimləri başlayıb.
Bu barədə erməni mətbuatı yazıb.
Mənbə qeyd edir ki, təlimlər 12–20 avqust tarixlərində keçiriləcək və əsas məqsədi beynəlxalq sülhməramlı missiyalarda fəaliyyət göstərən bölmələr arasında qarşılıqlı əlaqənin gücləndirilməsi, idarəetmə və taktiki kommunikasiya sahəsində qabaqcıl təcrübənin bölüşdürülməsi və Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı bölmələrinin hazırlıq səviyyəsinin artırılmasıdır.
Təlimlərdə iştirak edəcək tərəflər bunlardır:
Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadası
ABŞ-ın Avropa və Afrika orduları
Kanzas ştatının Milli Qvardiyası
Yeri gəlmişkən, İran bu cür qərarlar fonunda bölgədə gedən geosiyasi dəyişikliklərdən narahatlığını bildirib.
Xüsusilə ABŞ-ın Qarabağ və Zəngəzur dəhlizinə dair təşəbbüsləri ilə əlaqədar olaraq, İranda təşviş yaşanır və bu dəhlizdən kənarlaşdırıldığı şəraitdə regionda təhlükəsizlik balansının pozulacağını açıqlayıb
Kremlin rəsmi şəxsləri də Ermənistan-ABŞ hərbi təlimlərini “narahatlıq yaradan” addım kimi qiymətləndiriblər.
RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova bu təlimləri “Ermənistanın təhlükəsizlik əməkdaşlığı mexanizmlərinə zərbə” adlandıraraq növbəti “geosiyasi təsirlər üçün zəmin” ola biləcəyini qeyd edib
Kremlin sözçüsü Dmitri Peskov isə qeyd edib ki, bu cür təlimlər "etibar mühitinə və qarşılıqlı əlaqəyə zərbə vurur".
Press-fakt