“ERMƏNİCƏ BİLİRƏM, İrəvanda SƏFİR İŞLƏMƏYƏ HAZIRAM”- Hafiz Hacıyev
“Mən ermənicə bilirəm, Ermənistanda böyümüşəm. Desələr, əlbəttə ki, İrəvanda Azərbaycan səfiri işləməyə hazıram. Hara desələr, biz orada əsgər kimi hazırıq”.
Press-fakt xəbər verir ki, bunu demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
O bildirib ki, millətdən və dövlətdən ötrü həyatından keçməyə də hazırdır:
“Millət naminə, dövlət başçımızın xətrinə hara lazımdırsa, gedərəm. Lazım olsa, bu yaşımda əlimdə silah sərhəddə durmağa da hazıram”.
Xatırladaq ki, avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycan və Amerika Birləşmiş Ştatlarının prezidentləri, həmçinin Ermənistanın baş nazirinin iştirakı ilə “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətni paraflanıb. Həmin sənədə əsasən, Azərbaycan və Ermənistanın öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların müddəalarına uyğun olaraq, öz aralarında diplomatik münasibətləri qurması da nəzərdə tutulur.

Oxunub: 20
Xəbəri paylaş
Paylaş: