Ceyhun Bayramovla Mirzoyan arasında telefon DANIŞIĞI - Nələr müzakirə olundu?

Avqustun 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlər telefon danışığında Vaşinqton Zirvə görüşü zamanı imzalanmış Birgə Bəyannamənin icrasını, eləcə də etimad quruculuğu tədbirlərini müzakirə ediblər.
Tərəflər, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıb və birbaşa dialoqun davam etdirilməsinə hazır olduqlarını bir daha təsdiq ediblər.
Press-fakt
Oxunub: 16
Xəbəri paylaş
Paylaş: