“Qırmızı Körpü” gömrük postunda 300 avtomobil gözləyir - AYNA

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 300 avtomobil gözləyir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 44, Mazımqara gömrük postunda 8, Samur gömrük postunda 85 yük maşını var:
“Eyni zamanda, Biləsuvar gömrük postunda gözləyən avtomobillərin sayı isə 35-dir.
Məlumata görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobil yoxdur.
AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır”.
Press-fakt
Oxunub: 11
Xəbəri paylaş
Paylaş: